Kaliforniyada güclü qasırğanın şoka salan nəticələri - fotolarda
Kaliforniyada güclü qasırğanın şoka salan nəticələri - fotolarda
Sputnik Azərbaycan
Ştatın qubernatoru Qavin Nyus bildirib ki, Kaliforniyanı əhatə edən daşqınlar yerli meşə yanğınları ilə müqayisədə daha da ölümcül olub. 10.01.2023, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Bazar günü, yanvarın 8-də Amerikanın Kaliforniya ştatında güclü fırtına baş verib. ABŞ prezidenti ştatda fövqəladə vəziyyət rejimi elan edib. Pis hava və daşqınlar kaliforniyalıların demək olar ki, 90%-nə və ABŞ əhalisinin 10%-nə, yəni 34 milyon nəfərə təsir edib. Bazar ertəsi yağan leysan yağışlar əhəmiyyətli daşqınlara, sürüşmələrə, sellərə səbəb olub, bir çox yollar bağlanıb. Fırtına qurbanlarının sayı 12 nəfər olub, onların arasında körpə də var. Ştatın qubernatoru Qavin Nyus Kaliforniyanı əhatə edən daşqınların yerli meşə yanğınları ilə müqayisədə daha da ölümcül olduğunu söyləyib. Artıq Los-Anceles sakinlərinə mümkün daşqınlar barədə xəbərdarlıq edilib. Güclü küləyin sürəti saatda 120 km-ə çatır, ştatın bəzi ərazilərində isə küləyin sürəti saatda 210 km-dən çodur. Amerikalı sinoptiklər artıq Kaliforniyanın mərkəzi sahillərində baş verəcək tornado barədə xəbərdarlıq ediblər.
Ştatın qubernatoru Qavin Nyus bildirib ki, Kaliforniyanı əhatə edən daşqınlar yerli meşə yanğınları ilə müqayisədə daha da ölümcül olub.
BAKI, 10 yanvar — Sputnik. Bazar günü, yanvarın 8-də Amerikanın Kaliforniya ştatında güclü fırtına baş verib. ABŞ prezidenti ştatda fövqəladə vəziyyət rejimi elan edib.
Pis hava və daşqınlar kaliforniyalıların demək olar ki, 90%-nə və ABŞ əhalisinin 10%-nə, yəni 34 milyon nəfərə təsir edib. Bazar ertəsi yağan leysan yağışlar əhəmiyyətli daşqınlara, sürüşmələrə, sellərə səbəb olub, bir çox yollar bağlanıb.
Fırtına qurbanlarının sayı 12 nəfər olub, onların arasında körpə də var.
Ştatın qubernatoru Qavin Nyus Kaliforniyanı əhatə edən daşqınların yerli meşə yanğınları ilə müqayisədə daha da ölümcül olduğunu söyləyib.
Artıq Los-Anceles sakinlərinə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.
Güclü küləyin sürəti saatda 120 km-ə çatır, ştatın bəzi ərazilərində isə küləyin sürəti saatda 210 km-dən çodur.
Amerikalı sinoptiklər artıq Kaliforniyanın mərkəzi sahillərində baş verəcək tornado barədə xəbərdarlıq ediblər.