https://sputnik.az/20230110/fed-in-siyasetindeki-qeyri-mueyyenlik-nefti-ucuzlasdirir-450506197.html
FED-in siyasətindəki qeyri-müəyyənlik nefti ucuzlaşdırır
FED-in siyasətindəki qeyri-müəyyənlik nefti ucuzlaşdırır
Sputnik Azərbaycan
FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi... 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T15:45+0400
2023-01-10T15:45+0400
2023-01-10T15:45+0400
fed
neft-qaz
neft
"azerilight" markalı neft
brent
"brent" markalı neft
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373081_0:0:2730:1537_1920x0_80_0_0_094c3d2c24aa677f65f5d0775b0b2024.jpg
BAKI, 10 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri nisbətən ucuzlaşıb. "Brent" markalı neft dünənlə müqayisədə 44 sent azalaraq 79,21 dollar səviyyəsindədir. Qərbi Texas neftinin bir barelinin qiyməti isə 34 sent azalaraq 74,29 dollar təşkil edib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır. FED-in iki rəsmisi öz açıqlamalarında uçot dərəcəsinin 5%-dən yuxarı qaldırılmasının lazım ola biləcəyini söyləyib. Dekabrda 50 baza bəndi artımından sonra FED-in faiz dərəcəsi 4,25%-4,50% intervalındadır. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,03 dollar artaraq 84,63 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373081_0:0:2730:2048_1920x0_80_0_0_3ba0d98681f0e486e4a3c59f8d6e30b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fed, neft, "azerilight" markalı neft, brent, "brent" markalı neft
fed, neft, "azerilight" markalı neft, brent, "brent" markalı neft
FED-in siyasətindəki qeyri-müəyyənlik nefti ucuzlaşdırır
FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır.
BAKI, 10 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri nisbətən ucuzlaşıb.
"Brent" markalı neft dünənlə müqayisədə 44 sent azalaraq 79,21 dollar səviyyəsindədir. Qərbi Texas neftinin bir barelinin qiyməti isə 34 sent azalaraq 74,29 dollar təşkil edib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır.
FED-in iki rəsmisi öz açıqlamalarında uçot dərəcəsinin 5%-dən yuxarı qaldırılmasının lazım ola biləcəyini söyləyib.
Dekabrda 50 baza bəndi artımından sonra FED-in faiz dərəcəsi 4,25%-4,50% intervalındadır.
Qeyd edək ki, Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,03 dollar artaraq 84,63 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.