https://sputnik.az/20230110/erdogan-prezident-seckilerinden-evvel-esedle-goruse-biler---rusiya-teskilatciliga-hazidir-450510650.html
Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər - Rusiya təşkilatçılığa hazıdır
Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər - Rusiya təşkilatçılığa hazıdır
Sputnik Azərbaycan
Moskva Ankara və Dəməşqə vasitəçilik təklif etmir, lakin Rusiyadan xahiş olunarsa, o, bu görüşü keçirməyə hazırdır. 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T13:52+0400
2023-01-10T13:52+0400
2023-01-10T13:52+0400
ərdoğan
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
əsəd
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450478827_0:225:2841:1823_1920x0_80_0_0_0f79f188aa866e55b30242d5da487bcd.jpg
BAKI, 10 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər. Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir. Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir". Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi. Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir. Ərdoğan daha əvvəl Əsədlə görüşünü istisna etməyib və "siyasətdə heç bir inciklik olmadığını" deyib. Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl "RİA Novosti"yə bildirib ki, Moskva Ankara və Dəməşqə vasitəçilik təklif etmir, lakin Rusiyadan xahiş olunarsa, o, bu görüşü keçirməyə hazırdır. Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450478827_55:0:2786:2048_1920x0_80_0_0_74067f69f3c8ea0f8f64b505a75cbf78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, əsəd, bəşər əsəd, suriya prezidenti bəşər əsəd
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, əsəd, bəşər əsəd, suriya prezidenti bəşər əsəd
Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər - Rusiya təşkilatçılığa hazıdır
Moskva Ankara və Dəməşqə vasitəçilik təklif etmir, lakin Rusiyadan xahiş olunarsa, o, bu görüşü keçirməyə hazırdır.
BAKI, 10 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər.
Bu barədə "Aydınlık" qəzeti çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verir.
Qəzet yazır: "Normallaşma prosesinin üçüncü mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş gözlənilir". Nəşr onu da xatırladıb ki, daha əvvəl Ərdoğan normallaşma prosesini çox da uzatmaq istəmədiklərini və Əsədlə görüşə biləcəyini demişdi.
Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.
Ərdoğan daha əvvəl Əsədlə görüşünü istisna etməyib və "siyasətdə heç bir inciklik olmadığını" deyib.
Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl "RİA Novosti"yə bildirib ki, Moskva Ankara və Dəməşqə vasitəçilik təklif etmir, lakin Rusiyadan xahiş olunarsa, o, bu görüşü keçirməyə hazırdır.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri dekabr ayında Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. KİV qeyd edir ki, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.