https://sputnik.az/20230110/dunyada-deniz-quldurlugu-azalmaq-uzredir--hesabat-450520639.html
Dünyada dəniz quldurluğu azalmaq üzrədir – hesabat
Dünyada dəniz quldurluğu azalmaq üzrədir – hesabat
Sputnik Azərbaycan
2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 26 olub. 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T23:31+0400
2023-01-10T23:31+0400
2023-01-10T23:31+0400
dəniz
dünya xəbərləri
dəniz quldurları
https://cdnn1.img.sputnik.az/img/07e5/01/18/426042012_0:0:2100:1182_1920x0_80_0_0_41a3c7eac3574f32a5d7a9b2769881e3.jpg
BAKI, 10 yanvar — Sputnik. Dəniz İnformasiya Əməkdaşlıq və Maarifləndirmə Mərkəzinin (MICA) hesabatına görə, açıq dənizlərdəki quldurluq və soyğunçuluq uzun müddət ərzində ən aşağı səviyyədədir. Fransa donanması tərəfindən idarə olunan MICA mərkəzi bildirib ki, keçən il bütün dünyada açıq sularda dəniz quldurluğu ilə bağlı cəmi 300 məlumat qeydə alınıb. "2021-ci ildə başlayan dəniz quldurluğu və soyğunçuluğun azalması 2022-ci ilə qədər davam edib. 2022-ci ildə MICA Mərkəzi 300 insident qeydə alıb ki, bu da 2021-ci ilə nisbətən, təxminən, 5% azalma deməkdir", - deyə hesabatda qeyd olunub. Dəniz quldurluğu və soyğunçuluğun azalmasının xüsusilə nəzərə çarpdığı yerlərdən biri Afrikanın qərb sahillərində yerləşən Qvineya körfəzidir. Bura tarixən dəniz quldurlarının üstünlük verdiyi təhlükəli ərazi olub. MICA-nın məlumatına görə, 2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 26 olub. MICA Mərkəzi 2016-cı ildə bütün dünyada dəniz nəqliyyatına təsir edən vəziyyətləri və insidentləri müəyyən və təhlil etmək, habelə ekipajları və gəmi sahiblərini təhlükələr barədə xəbərdar etmək üçün yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/18/426042012_291:0:2100:1357_1920x0_80_0_0_a46849c9f3d1698fcea49c22c2150885.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dəniz, dəniz quldurları
Dünyada dəniz quldurluğu azalmaq üzrədir – hesabat
2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 26 olub.
BAKI, 10 yanvar — Sputnik. Dəniz İnformasiya Əməkdaşlıq və Maarifləndirmə Mərkəzinin (MICA) hesabatına görə, açıq dənizlərdəki quldurluq və soyğunçuluq uzun müddət ərzində ən aşağı səviyyədədir.
Fransa donanması tərəfindən idarə olunan MICA mərkəzi bildirib ki, keçən il bütün dünyada açıq sularda dəniz quldurluğu ilə bağlı cəmi 300 məlumat qeydə alınıb.
"2021-ci ildə başlayan dəniz quldurluğu və soyğunçuluğun azalması 2022-ci ilə qədər davam edib. 2022-ci ildə MICA Mərkəzi 300 insident qeydə alıb ki, bu da 2021-ci ilə nisbətən, təxminən, 5% azalma deməkdir", - deyə hesabatda qeyd olunub.
Dəniz quldurluğu və soyğunçuluğun azalmasının xüsusilə nəzərə çarpdığı yerlərdən biri Afrikanın qərb sahillərində yerləşən Qvineya körfəzidir. Bura tarixən dəniz quldurlarının üstünlük verdiyi təhlükəli ərazi olub. MICA-nın məlumatına görə, 2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu rəqəm 26 olub.
MICA Mərkəzi 2016-cı ildə bütün dünyada dəniz nəqliyyatına təsir edən vəziyyətləri və insidentləri müəyyən və təhlil etmək, habelə ekipajları və gəmi sahiblərini təhlükələr barədə xəbərdar etmək üçün yaradılıb.