https://sputnik.az/20230110/antalyada-azerbaycan-turkiye-ve-ran-parlament-sedrlerinin-ucterefli-gorusu-kecirilib-450505392.html
Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib
Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib
Sputnik Azərbaycan
Bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib... 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T11:15+0400
2023-01-10T11:15+0400
2023-01-10T11:15+0400
parlament
siyasət
iran
türkiyə
türkiyə böyük millət məclisi
mustafa şentop
sahibə qafarova
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0a/450501857_0:26:1000:589_1920x0_80_0_0_85601fde911fb40774305bad00c27e2a.jpg
BAKI, 10 yanvar — Sputnik. Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə 13-cü plenar sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb. Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır. Azərbaycanın öz torpaqlarını 30 illik Ermənistan işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunaraq, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Asiya Parlament Assambleyasının "Dəyişən qlobal dinamiklərdə çoxtərəfliliyin təşviqi" mövzusunda keçirilən 13-cü plenar sessiyasında çıxış edib. Dünən Milli Məclisin sədri Sahibə Qafarova Antalyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla, daha sonra İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0a/450501857_90:0:910:615_1920x0_80_0_0_a3d5537e7fee6df5266ec193fade4d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
parlament, iran, türkiyə, türkiyə böyük millət məclisi, mustafa şentop, sahibə qafarova
parlament, iran, türkiyə, türkiyə böyük millət məclisi, mustafa şentop, sahibə qafarova
Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib
Bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub.
BAKI, 10 yanvar — Sputnik. Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə 13-cü plenar sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.
Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.
Azərbaycanın öz torpaqlarını 30 illik Ermənistan işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunaraq, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Asiya Parlament Assambleyasının "Dəyişən qlobal dinamiklərdə çoxtərəfliliyin təşviqi" mövzusunda keçirilən 13-cü plenar sessiyasında çıxış edib.
Dünən Milli Məclisin sədri Sahibə Qafarova Antalyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla, daha sonra İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.