Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİB Azərbaycan üzrə portfelinin həcmini açıqlayıb

© AFP 2024 / TED ALJIBEAsiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı  - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
AİB-in Azərbaycanda davam edən suveren portfelinə 2 kredit və 856,8 milyon dollar dəyərində 1 suveren zəmanət daxildir.
BAKI, 10 yanvar — Sputnik. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə portfelinin həcmini açıqlayıb.
"APA-Economics" Banka istinadən xəbər verir ki, bu günə qədər AİB Azərbaycana ümumi məbləği 3,7 milyard dollar olan 65 dövlət sektoru krediti, qrant və texniki yardım ayırıb. Ümumilikdə, Azərbaycana ayrılan kreditlərin həcmi 3,93 milyard dollar təşkil edib. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilib. Qeyd edilib ki, AİB-in Azərbaycanda davam edən suveren portfelinə 2 kredit və 856,8 milyon dollar dəyərində 1 suveren zəmanət daxildir.
"AİB-in Azərbaycan üzrə 2019–2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyası özəl sektorun inkişafını artırmaq, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək və insan kapitalını gücləndirmək məqsədi daşıyır", - deyə Bankın açıqlamasında bildirilib.
Xəbər lenti
0