DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin texniki qiymətləndirmə missiyası Ermənistanın müdafiə naziri ilə görüşüb

© AP Photo / Christoph Soeder/ dpaAİ bayrağı
Aİ bayrağı - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Müdafiə naziri Aİ-nin regionda sülh və sabitliyin möhkəmləndirilməsində iştirakını yüksək qiymətləndirib, monitorinq missiyalarının rolunu vurğulayıb.
BAKI, 10 yanvar — Sputnik. Yanvarın 10-da Ermənistanın müdafiə naziri Suren Papikyan Marçin Vidranın rəhbərlik etdiyi Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasını qəbul edib.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Müdafiə naziri Aİ-nin regionda sülh və sabitliyin möhkəmləndirilməsində iştirakını yüksək qiymətləndirib, monitorinq missiyalarının rolunu vurğulayıb.
Qeyd edək ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Marçin Vidranın rəhbərlik etdiyi Aİ-nin texniki qiymətləndirmə qrupunun nümayəndələri ilə görüşüb.
Tərəflər dekabrın 19-da fəaliyyətini başa çatdıran Aİ-nin Ermənistandakı müşahidə missiyasının işini müzakirə ediblər.
Mirzoyan regionda sabitliyin yaradılması prosesində müşahidəçilər missiyasının rolunu yüksək qiymətləndirib.
Xəbər lenti
0