DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidenti Türkiyəyə səfər edəcək

© Sputnik / POOL / Mediabanka keçidİran Prezidenti İbrahim Rəisi
İran Prezidenti İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Suriya və Türkiyəyə səfərləri planlaşdırılır.
BAKI, 9 yanvar — Sputnik. İran Prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani mətbuat konfransında bildirib.
"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Suriya və Türkiyəyə səfərləri planlaşdırılır. İran və Suriya rəhbərliyi arasında dialoq ən yüksək səviyyədə həyata keçirilir. Bizim əla münasibətlərimiz var. Dünən axşam iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub", - İran XİN-in rəsmisi bildirib.
İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il. - Sputnik Azərbaycan, 1920, 04.01.2023
SİYASƏT
İran XİN Azərbaycandakı səfirini Tehrana niyə çağırıb?
Xəbər lenti
0