Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

On dörd mindən çox professor olan ölkədə elmin səviyyəsi - Yeni qaydalar nəyi dəyişəcək

© Depositphotos.com / IrochkaKitabxana, arxiv şəkli
Kitabxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Ekspert bildirir ki, Hazırda elmi ad vermək səlahiyyətinin universitetə verilməsi xaos yarada bilər. Əvvəlcə ölkənin təhsil müəssisələrini beynəlxalq reytinq səviyyəsinə çatdırmaq lazımdır.
BAKI, 9 yanvar — Sputnik. Bir müddət öncə Azərbaycanda professor elmi adının verilməsi ilə bağlı qaydalara dəyişikliklər edilib. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə edilən dəyişiklikliyə əsasən, professor elmi adı almaq üçün şərtlər sərtləşdirilib.
Maraqlıdır, bu dəyişikliklər nə vəd edir və ümumiyyətlə, Azərbaycanda elmi məqalələrlə bağlı vəziyyət nə yerdədir?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə başçısınını fərmanı ilə Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyası müəyyənləşsə də, elmi ictimaiyyət arasında onunla bağlı zaman-zaman birmənalı fikirlər olmayıb:

"Bəzən Ali Attestasiya Komissiyası bürokratik qurum xarakteri daşıyır. Əslində elmi adları, dərəcələri ayrı-ayrı universitetlər özləri verməlidir. Lakin Azərbaycanda hələlik bu praktika yayılmayıb. Bu praktikanın yayılmamasının səbəbi həm də bizim elmi müəssisələrimizə bir inamsızlıq, etimadsızlıqdan irəli gəlir. Nə etməliyik, sualına cavab olaraq, düşünürəm ki, ilk olaraq ali təhsil müəssisələrini beynəlxalq reytinq səviyyəsinə çatdırmalıyıq".

© Sputnik / Murad Orujovİlqar Orucov
Ильгар Оруджев, член общественного совета при Министерстве молодежи и спорта АР, руководитель общества молодых ученых, аспирантов и магистров  - Sputnik Azərbaycan, 1920, 08.01.2023
İlqar Orucov
O bildirir ki, hazırkı vəziyyətdə bu səlahiyyətləri bir komissiyadan alıb universitetlərə verilsə, bir xaos yaşanacaq:
"Düşünürəm ki, ayrı-ayrı ali təhsil müəssisələri bu prosesi reallaşdıra bilsələr də, bütün ali təhsil müəssisələri bunu realaşdıra bilməz. Yəni, indiki şəraitdə Ali Attestasiya Komissiyasını qurum olaraq saxlamaqla orada sağalmlaşdırma işləri aparımaq lazımdır".
Azərbaycan alimlərinin əsas problemləri nədir?
Ekspert onu da bildirir ki, Azərbaycan alimərinin məqalələrinə elmi isitinadlar həddindən artıq zəifdir, alimlərin beynəlxalq səviyyədə məqalə yazmaq bacarığı yoxdur:
"Qaydalar sərtləşir və düşünürəm ki, bundan sonra keyfiyyət artacaq".
O həmçinin bildirir ki, beynəlxalq səviyyədə məqalələrin yazılması üçün ciddi təlimlərə ehtiyac var:
"Universitetlər də bu işdə maraqlı olmalıdır və bunun üçün özləri startegiyalar hazırlamalıdır".
Dəyişikliklərin nə kimi təsiri olacaq?
İ.Orucov hesab edir ki, əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər:

"Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu. Plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı. Hesab edirəm ki, son dəyişikliklərdən sonra təsadüfi insanları elmə yaxın buraxmayacağıq".

Təhsil üzrə digər ekspert Vüsal Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında fərmandan irəli gələn dəyişikliyin müsbət tərəfinə diqqət çəkib. Onun sözlərinə görə, bundan sonra müəllim və alim sözləri arasındakı fərq bəlli olacaq.
O həmçinin qeyd edib ki, beynəlxalq bazalarda 242 ölkə arasında Azərbaycanın 94-cü yerdə olması ürəkaçan deyil:
"Bunun da səbəbi ölkəmizin "H" indeksinin aşağı olmasıdır. (Qeyd:"H index" və ya "Hirç indeksi" ABŞ-ın San-Dieqo şəhərindəki Kaliforniya Universitetinin əslən Argentinadan olan fiziki Jorge Hirç tərəfindən 2015-ci ildə irəli sürülən elmi dəyərləndirmə göstəricisidir. "Hirç indeksi"ni müəyyən etmək üçün nəzərdən keçirilən məqalələr onlara edilən istinadların sayı ilə xarakterizə olunur):
"Dəyişikliklərin bu mənada müsbət təsirləri olacaq".
© Depositphotos.com / WavebreakmediaLaboratoriyada, arxiv şəkli
Сотрудник лаборатории с микроскопом - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Laboratoriyada, arxiv şəkli

"Əslində qaydalar sərtləşməyəcək, dünyəvi xarakter daşıyacaq. Düzdür, yeni dəyişikliklərlə əlaqədar olaraq artıq bəzi alimlər narahatlıq keçirirlər. Artıq alimlərin gördükləri işin keyfiyyətinin araşdırılması, araşdırmalarının nəticələrinin dünya səviyyəsinə çıxması, istinadların sayının artması alimlərin keyfiyyət göstəriclərinin izlənilməsinə müsbət təsir edəcək, bunu müxtəlif sistemlərlə ölçmək daha rahat olacaq. Lakin bu dəyişikliklərlə problemlər tam həllini tapacaqmı - xeyr", - deyə mütəxəssis əlavə edib.

Ekspert onu da bildirir ki, dəyişikliklər daha çox keyfiyyətə müsbət təsir edəcək, hər kəs daha keyfiyyətli məqalə çap etdirəcək ki, ona istinadlar çox olsun:
"Çünki keyfiyyətli məqalə ona edilən istinadların sayı ilə ölçülür. Bu dəyişikliklər bizim alimlərimizin də dünya səviyyəsinə çıxmasına çox müsbət təsir edəcək. Lakin özümüz üçün də maraqlı və açıq qalan suallar var: Məsələn, məqalələrin, jurnalların rəqəmsallaşması məsələsi var. Bundan başqa, maraqlıdır, müvafiq qurumlar alimləri izləyən zaman hansı bazaları əsas götürəcəklər"
V.Kərimli onu da bildirir ki, alimlərimizə istinadlar var, amma bunların sayı çox azdır.
Rəqəmlərə nəzər yetirək
Ekspert Dövlət Statistika Komitəsinin 2021-ci ilə dair rəqəmlərini araşdıraraq qeyd edir ki, hazırda Azərbaycanda 14188 professor-müəllim və 19754 tədqiqatçı var:
"Bu şəxslərin 11 min 698 nəfəri və ya 60%-i qadındır. Bu şəxslərin 1351 nəfəri və 7%-i elmlər doktorudur ki, onlarn da 314 nəfəri və ya 23 %-i qadındır. 5819 nəfər və ya 29% fəlsəfə doktorudur, onların da 3121 nəfəri və ya 54% qadındır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə elmin sahələri üzrə tədqiqatçıların sayı 14351-dir. Onlardan 2501 nəfəri Texniki Elmlər, 4445 Təbiət Elmləri, 1864 Tibb Elmləri, 775 Kənd təsərrüfatı, 1894 İctimai Elmlər, 2872 Humanitar Elmlər üzrədir. Beynəlxalq Elmmetrik baza olan SJR (SCIMAGO) görə Azərbaycandan 25 il ərzində (1996-2021) 19170 məqalə 775 nəfərdən kənd təsərrüfatı elmləri üzrə cəmi 776 məqalə çap edilib. İstinad sayı: 5844. "H" indeksi 34 olub".
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ili üçün ölkədə professor-müəllim heyətinin sayı 14393 nəfər təşkil edir.
Xəbər lenti
0