Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Məşhur taksi şirkətləri qiymətləri kəskin artırdı

© Sputnik / Anar MustafayevTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib
BAKI, 9 yanvar — Sputnik. Qarlı hava şəraiti Bakıda taksi qiymətlərini artırıb. Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.
Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib.
Xatırladaq ki, Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi açıqlanıb.
Qar yağandan sonra Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 09.01.2023
PAYTAXT XƏBƏRLƏRİ
Sakinlər: İlk qar avtobusların hərəkətini iflic etdi - Taksi isə….
Xəbər lenti
0