Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sakinlər: İlk qar avtobusların hərəkətini iflic etdi - Taksi isə….

© Sputnik / Zulfiyya GuluyevaQar yağandan sonra Bakıda vəziyyət
Qar yağandan sonra Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Günel Ağazadə adlı sərnişin bildirib ki, “Bolt” taksi operatoru adi günlərdə 5 manata gedilən yola 16 manat qiymət qoyub.
BAKI, 9 yanvar — Sputnik. Bakıya yağan ilk qar ictimai nəqliyyatın hərəkətini iflic edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bir sıra istiqamətlərdə avtobuslar ümumiyyətlə xəttə çıxmayıb. Mehdiabad, Binəqədi, Sumqayıt istiqamətlərindən şəhər istiqamətinə gələn avtobuslar işləmədiyindən sərnişinlər taksidən istifadə etməli olublar. Bu gün taksi şirkətləri isə qiymətləri kəskin bahalaşdırıb.
Günel Ağazadə adlı sərnişin bildirib ki, “Bolt” taksi operatoru adi günlərdə 5 manata gedilən yola 16 manat qiymət qoyub. Yaranmış vəziyyət sərnişinlərin yolda qalması, dərsə və işə gecikməsinə səbəb olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəttə adi günlərdəki qədər avtobus çıxıb. Sadəcə yollarda vəziyyət avtobusların gecikməsinə səbəb olub: ”Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Əvvəlcədən görülən tədbirlər sayəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.
Həmçinin bildiririk ki, paytaxtın aşağıda qeyd olunan ərazilərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklər müşahidə olunur. Belə ki, çətinliklər əsasən Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müşahidə edilir”.
M. Ağayev bildirib ki, Sumqayıt istiqamətindən gələn avtobusların hərəkətində gecikməyə bu yolda baş verən zəncirvari qəza səbəb olub.
Bakıda qarlı havada avtobus - Sputnik Azərbaycan, 1920, 09.01.2023
PAYTAXT XƏBƏRLƏRİ
BNA: "Bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar reysə çıxıb"
Xəbər lenti
0