CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dolaylarda vəziyyət nisbətən daha ağırdır

© Photo : Baku City Executive PowerBakıda qar təmizləyən texnika
Bakıda qar təmizləyən texnika - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Qar yağmaqda davam edir, bir ərazi təmizləndikdən sonra 10 dəqiqədə yenidən ərazi qarla dolur.
BAKI, 9 yanvar — Sputnik. Respublika üzrə 750-yə, Bakı üzrə isə artıq 300 yaxın maşın, mexanika-texnika ötən gündən yollara çıxarılıb. Onlar bütün gecə boyu və səhər saatlarınadək işləyiblər. "Azəravtoyol" tam gücləndirilmiş rejimdə çalışır.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, dağlıq ərazilərdən keçən yollarda vəziyyət nisbətən ağırdır: "Xüsusən dolaylarda vəziyyət nisbətən ağırdır. Ağsu dolayları, Muğanlı və İsmayıllı istiqamətində olan dolaylarda vəziyyət nisbətən daha ağırdır. Həmin istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, ehtiyyatlı olsunlar. Ümumiyyətlə, tövsiyə edirik ki, sürücülər maksimal dərəcədə o yollardan istifadə etməsinlər".
"Qar yağmaqda davam edir, bir ərazi təmizləndikdən sonra 10 dəqiqədə yenidən ərazi qarla dolur. Ona görə də təcrübəsiz sürücülər, yay təkərlərindən isitfadə edən sürücülərin bu yollarda hərəkəti tövsiyə olunmur", - deyə o əlavə edib.
Həmsöhbətimiz bildirib ki, elə nəqliyyat vasitələri var ki, yollarda qalırlar: "Biz də iş başındayıq, bu müddətdə qəza da baş verə bilər. Heç kim bundan sığortalanmayıb, hər şey ola bilər".
Bakıda qarlı hava - Sputnik Azərbaycan, 1920, 09.01.2023
CƏMİYYƏT
Qarlı hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb
Xəbər lenti
0