NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Çindən gələn xəbərlər nefti bahalaşdırır

© PATRICK T. FALLONNeft buruqları
Neft buruqları - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
ABŞ xam nefti ötən həftə 8 faiz ucuzlaşandan sonra bazar ertəsi bir barel üçün 75 dollara yüksəlib. "Brent" nefti isə 1,39 faiz bahalaşaraq 79,66 dollar olub.
BAKI, 9 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb.
Çinin karantin tədbirlərini ləğv etməsindən sonra neft bazarı yeni həftəyə müsbət başlayıb. İnvestorların Çində müsbət tələb proqnozu və FED-in daha az məhdudlaşdırıcı pul siyasəti həyata keçirəcəyi gözləntiləri fonunda neft qiymətləri yüksəlib.
ABŞ xam nefti ötən həftə 8 faiz ucuzlaşandan sonra bazar ertəsi bir barel üçün 75 dollara yüksəlib. "Brent" nefti isə 1,39 faiz bahalaşaraq 79,66 dollar olub.
Azərbaycan nefti ötən həftənin sonunda 0,65 dollar artaraq 84,6 dollar olub.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) bir çox böyük iqtisadiyyatların resessiyaya düşə biləcəyi xəbərdarlığından sonra neft qiymətləri 2023-cü ilin ilk günlərində ucuzlaşıb. Dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çindən gələn zəif iqtisadi göstəricilər, hər iki ölkədə istehsal fəaliyyətinin dekabr ayında daralması ilə əlaqədar tənəzzül narahatlıqlarını artırıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0