CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BDYPİ qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

© Sputnik / Leyla AbdullayevaDYP
DYP - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar.
BAKI, 9 yanvar - Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə "Report"a BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
"Ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edirik. Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər. Valideynlərdən xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər. Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər. Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər", - R.Tağıyev deyib.
Xəbər lenti
0