https://sputnik.az/20230109/bakida-evde-partlayis-olub---vdeo-450461386.html
Bakıda evdə partlayış olub - VİDEO
Bakıda evdə partlayış olub - VİDEO
Sputnik Azərbaycan
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T10:18+0400
2023-01-09T10:18+0400
2023-01-09T10:35+0400
hadisə
partlayış
fhn
fhn-in dövlət yanğından mühafizə xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1a/447891859_1:0:1279:719_1920x0_80_0_0_680461068b87a94933cff3f529feaeb9.jpg
BAKI, 9 yanvar - Sputnik. Bakıda evdə partlayış olub, xəsarət alanlar var.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd olunub ki, bu gün 04:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1a/447891859_161:0:1120:719_1920x0_80_0_0_6d65121ba634bc83b4564b18c4703a0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
partlayış, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti
partlayış, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti
Bakıda evdə partlayış olub - VİDEO
10:18 09.01.2023 (Yenilənib: 10:35 09.01.2023) Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
BAKI, 9 yanvar - Sputnik. Bakıda evdə partlayış olub, xəsarət alanlar var.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, bu gün 04:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.