https://sputnik.az/20230109/azerbaycanin-avtomobil-yollarindaki-son-veziyyet-aciqlanib-450466406.html
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Sputnik Azərbaycan
AAYDA hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə açıqlamasında bildirlib ki, yollarda buzlaşmaya qarşı müvafiq... 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T11:47+0400
2023-01-09T11:47+0400
2023-01-09T11:47+0400
yol
cəmiyyət
vəziyyət
yağıntı
yağıntılı hava şəraiti
qar
aayda
avtomobil yolları dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/40896/06/408960639_0:105:2000:1230_1920x0_80_0_0_3c532246d1ae30953f65e48ba728d6bf.jpg
BAKI, 9 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb. "ZƏFƏR" yolunda qar yağır, marşrut boyu 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Toğanalı-Kəlbəcər-İstisuda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. "Ömər aşırımı"na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağmış, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Giləzi - Xızı - Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı yağıntı davam edir. Marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur.yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub. Qobustan- Şamaxı - Muğanlı marşrut boyu qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı qum-duz səpilib. Marşrut boyu külək və 6-8 dərəcə şaxta müşahidə olunur. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı davam edir, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb. Ağsu dolaylarında şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Muğanlı - İsmayıllı avtomobil yolunda yağıntı davam edir, marşrut boyu 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yevlax - Şəki (Göybulaq) yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı - Qəbələ - Oğuz- Şəki avtomobil yolunda qar yağır, marşrut boyu 5-7 dərəcə şaxta var. Yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər aparılıb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub. Şəki - Qax - Zaqatala yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Şəmkir - Gədəbəy yolunda marşrut boyu qar yağır, qarın hündürlüyü 5-6 sm-dir. 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Gəncə - Daşkəsən yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Ələt - Astara yolunda qar yağır, marşrut boyu 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Masallı – Yardımlı , Lənkəran – Lerik yolunda marşrut boyu zəif qar yağır, Yardımlı rayonu ərazisində 2-3 dərəcə, Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yolda şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda zəif yağıntı davam edir, yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda marşrut boyu zəif qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40896/06/408960639_110:0:1890:1335_1920x0_80_0_0_17d1a2dd4243acc20d66db936094b812.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol, vəziyyət, yağıntı, yağıntılı hava şəraiti, qar, aayda, avtomobil yolları dövlət agentliyi
yol, vəziyyət, yağıntı, yağıntılı hava şəraiti, qar, aayda, avtomobil yolları dövlət agentliyi
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
AAYDA hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə açıqlamasında bildirlib ki, yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
BAKI, 9 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.
"ZƏFƏR" yolunda qar yağır, marşrut boyu 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisuda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. "Ömər aşırımı"na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağmış, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi - Xızı - Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı yağıntı davam edir. Marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur.yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Qobustan- Şamaxı - Muğanlı marşrut boyu qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı qum-duz səpilib. Marşrut boyu külək və 6-8 dərəcə şaxta müşahidə olunur. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı davam edir, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb. Ağsu dolaylarında şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı - İsmayıllı avtomobil yolunda yağıntı davam edir, marşrut boyu 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq) yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki avtomobil yolunda qar yağır, marşrut boyu 5-7 dərəcə şaxta var. Yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər aparılıb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Şəki - Qax - Zaqatala yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy yolunda marşrut boyu qar yağır, qarın hündürlüyü 5-6 sm-dir. 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt - Astara yolunda qar yağır, marşrut boyu 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Masallı – Yardımlı , Lənkəran – Lerik yolunda marşrut boyu zəif qar yağır, Yardımlı rayonu ərazisində 2-3 dərəcə, Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yolda şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda zəif yağıntı davam edir, yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda marşrut boyu zəif qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.