https://sputnik.az/20230109/ayaqyoluna-gore-tohmet-aldigi-deyilen-muellimle-bagli-resmi-aciqlama-450468877.html
Ayaqyoluna görə töhmət aldığı deyilən müəllimlə bağlı rəsmi açıqlama
Ayaqyoluna görə töhmət aldığı deyilən müəllimlə bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Sözügedən pedaqoqa töhmət verilməsi xəbəri təsdiqlənib. 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T12:06+0400
2023-01-09T12:06+0400
2023-01-09T12:06+0400
müəllim
cəmiyyət
töhmət
imişli
imişli rayonu
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_0:0:3073:1728_1920x0_80_0_0_a2ae6595b1cb626f96491cab08613f8f.jpg
BAKI, 9 yanvar — Sputnik. Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir: “2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”. İdarədən həmçinin bildirilib ki, Aralı kənd məktəbində üç sanitar qovşaq var. Məktəb qəzalı vəziyyətdə olduğundan yenidən layihələndiriləcək. Bu müddətədək mobil sanitar qovşaqla təmin ediləcək. Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_26:0:2757:2048_1920x0_80_0_0_af478578e6a2b727b78c58c706c86bc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, töhmət, imişli, imişli rayonu
müəllim, töhmət, imişli, imişli rayonu
Ayaqyoluna görə töhmət aldığı deyilən müəllimlə bağlı rəsmi açıqlama
Sözügedən pedaqoqa töhmət verilməsi xəbəri təsdiqlənib.
BAKI, 9 yanvar — Sputnik. Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir:
“2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.
İdarədən həmçinin bildirilib ki, Aralı kənd məktəbində üç sanitar qovşaq var. Məktəb qəzalı vəziyyətdə olduğundan yenidən layihələndiriləcək. Bu müddətədək mobil sanitar qovşaqla təmin ediləcək.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.