CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah yollar buz bağlayacaq - Hava proqnozu

© Sputnik / Valery Shustov / Mediabanka keçidBuzlu yol, arxiv şəkli
Buzlu yol, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
Atmosfer təzyiqinin 778 mm civə sütunu, nisbi rütubətin 70-80% olacağı bildirilir.
BAKI, 8 yanvar - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Yanvarın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.
Xəbər lenti
0