https://sputnik.az/20230108/finleri-dunyanin-en-xosbext-xalqina-ceviren-uc-sebeb--450385908.html
Finləri dünyanın ən xoşbəxt xalqına çevirən üç səbəb
Finləri dünyanın ən xoşbəxt xalqına çevirən üç səbəb
Sputnik Azərbaycan
Frenk Martela deyib ki, finlər özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etmirlər. 08.01.2023, Sputnik Azərbaycan
2023-01-08T08:13+0400
2023-01-08T08:13+0400
2023-01-08T08:13+0400
xoşbəxt
dünya xəbərləri
maraqlı
finlandiya
https://cdnn1.img.sputnik.az/img/41924/66/419246686_0:160:3073:1888_1920x0_80_0_0_a6537ca6717d9d5de54278ce0129f965.jpg
BAKI, 8 yanvar — Sputnik. Finlandiya "Dünya Xoşbəxtlik Hesabatı"na ("World Happiness Report") görə, 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır. Xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 nüansı açıqlayıb. Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər. Martela buna misal olaraq bu hadisə barədə danışıb: "Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi. Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir". Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir. Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü nüansa gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq "pulqabı itirilməsi" eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilən 12 pulqabıdan 11-i sahibinə qaytarılıb. Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür. (Qafqazinfo)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41924/66/419246686_170:0:2901:2048_1920x0_80_0_0_e7a3204e9b512a1a733eb68971cfdad2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xoşbəxt, maraqlı, finlandiya
xoşbəxt, maraqlı, finlandiya
Finləri dünyanın ən xoşbəxt xalqına çevirən üç səbəb
Frenk Martela deyib ki, finlər özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etmirlər.
BAKI, 8 yanvar — Sputnik. Finlandiya "Dünya Xoşbəxtlik Hesabatı"na ("World Happiness Report") görə, 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır.
Xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 nüansı açıqlayıb.
Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər.
Martela buna misal olaraq bu hadisə barədə danışıb: "Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi. Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir".
Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir.
Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü nüansa gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq "pulqabı itirilməsi" eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilən 12 pulqabıdan 11-i sahibinə qaytarılıb.
Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür. (Qafqazinfo)