Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dövlətin pulu ilə xaricə təhsil dalınca gedənlər niyə geri qayıtmır - Ekspert rəyi

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidAuditoriyada tələbələr
Auditoriyada tələbələr - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
Mütəxəssislər xaricdə təhsil proqramı əsasında digər ölkələrə gedən gənclərin ölkəyə qayıtmamasının səbəblərinə aydınlıq gətiriblər.
BAKI, 8 yanvar — Sputnik. Bu günlərdə millət vəkili Vahid Əhmədov bildirib ki, təhsil üçün xaricə göndərilən gənclər oradakı yaxşı yaşayışı, əmək haqqının yüksək olmasını görüb geri qayıtmırlar.
Gənclərin geri qayıtmamasının səbəbləri nədir?
Oxumaq üçün xaricə gedən gənclərin xeyli hissəsinin geri qayıtmadığını deyən təhsil üzrə ekspert İlqar Orucov qeyd edib ki, bunun əsas səbəblərindən biri, həmin ölkələrdə bu gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır:

"Biz həmin gəncləri ittiham edə bilmərik ki, nə üçün geri qayıtmırsınız. Beyin axını bəlkə də ölkə üçün hansısa boşluqlar yarada bilər. Bu gənclər Azərbaycanda olsaydı, daha fərqli olardı, amma yenə də seçim onlarındır. Onlar üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir. Bu gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əmək haqqı qarşılığında qalırlar".

© Sputnik / Murad Orujovİlqar Orucov
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 08.01.2023
İlqar Orucov
Ekspert hesab edir ki, Azərbaycanın əmək bazarında bu kadrlara ehtiyac olduğu təqdirdə onların maddi tələbatları qarşılanmır.
"Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, çox zərərli bir tendensiyanın əsasını qoymuş oluruq", - deyə o, əlavə edib.
Bununla belə, İ.Orucov düşünür ki, həmin gənclərin fəaliyyətlərini xaricdə davam etdirməsinin ölkəmiz üçün xüsusi əhəmiyyəti də var:
"Bu gənclərin xaricdə qalması həm də diaspora fəaliyyətinin güclənməsi üçün faydalıdır".
Təhsil üzrə digər ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a rəqəmlərə istinadən bildirib ki, azərbaycanlı gənclər ölkə başçısının 2007-2015-ci il "Xaricdə təhsil" proqramı çərçivəsində ilk dəfə xaricdə təhsilə yollanıblar:
© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Kamran Əsədov

"Bu proqram çərçivəsində 5 min azərbaycanlı gəncin xaricdə təhsil alacağı proqnozlaşıdırılsa da, ümumilikdə üç min beş yüz tələbə bu illər ərzində xaricdə təhsil aldı. Belə bir proqramın tətbiqində məqsəd ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşması, xidmət sektorunda keyfiyyətin yüksəldilməsi idi. Çünki bizə dünyanın yüksək səviyyəli universitetlərində təhsil alıb bütün yenilikləri bilən mütəxəssislər lazım idi. Bu proqram çərçivəsində azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil aldılar. Bu proqrama 90 milyon manatdan çox vəsait ayrıldı. Təəssüflər olsun ki, üç min beş yüz nəfərdən təxminən iki min nəfəri geri qayıdıb. Təxminən min beş yüzdən çox məzun həmin ölkələrdə qalaraq işləyiblər".

Əsədov onu da qeyd edib ki, 2022-2026-cı illər "Xaricdə təhsil" proqramı ilə iki min azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulur:
"Yəni, bununla təxminən hər il 400 azərbaycanlı gəncin xaricdə təhsil üçün göndərilməsi planlaşdırılır. Həm indiki, həm də bundan əvvəlki proqramda təhsil üçün göndərilən gənclərin Azərbaycana qayıtması ilə bağlı məcburi tələb yoxdur. Onların ölkəyə qayıtmama səbəblərinə gəldikdə isə, bu gənclərə avropada təhsil aldıqları müddətdə hər ay 3 min dollar təqaüd verilib, lakin ölkəyə qayıtdıqda 600 manat əmək haqqı təklif olunur".
Ekspert bildirir ki, təklif olunan bu vəsaitin qarşılığında həmin məzunlar gəlib Azərbaycanda işləməzlər:

"Hesab edirəm ki, dövlət hesabı ilə xaricdə təhsil alanların təminatları artırılmalıdır. Əməkhaqqı məsələsi burada ən ciddi faktordur. Perspektivli kadrlara təklif olunan əməkhaqqı onların geri qayıtması üçün yetərli deyil".

Təhsil üzrə digər ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a bildirib ki, birinci dövlət proqramında çox ciddi səhvlərə yol verilib:
"Müəyyən tanışlıqlarla məmur övladları da təhsil üçün xaricə getdi, onların bir çoxu bu təhsillərini tamamlaya da bilmədilər. Beləcə, dövlətin vəsaiti havaya sovruldu, layihə iflasa uğradı. Lakin hazırda icra olunan layihənin daha uğurlu olacağına inanıram. Elm və təhsil naziri özü də bu layihədən yararlanan, ölkəyə qayıdan şəxslərdən biridir".
© Sputnik / Murad OrujovElşən Qafarov
Эксперт Эльшан Гафаров - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Elşən Qafarov
Ekspert onu da vurğulayıb ki, bu gənclərin ölkəyə qayıtmaması faciə deyil, yetər ki, onlar Azərbaycan adına nələrsə etsin, diaspora fəaliyyətini gücləndirsinlər.
Xəbər lenti
0