https://sputnik.az/20230108/almaniyada-terror-akti-hazirlamaqda-subheli-bilinen-iki-nefer-saxlanilib----450446839.html
Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Sputnik Azərbaycan
Almaniyada dövləti təhdid edən ciddi zorakılıq aktı hazırlayan şəxslər 6 aydan 10 ilə qədər həbs cəzası ala bilər. 08.01.2023, Sputnik Azərbaycan
2023-01-08T14:59+0400
2023-01-08T14:59+0400
2023-01-08T14:59+0400
dünya xəbərləri
almaniya
terror
iran
həbs
https://cdnn1.img.sputnik.az/img/42315/33/423153345_0:0:3153:1773_1920x0_80_0_0_ddcf8001d8bcfcbee93968a4e134b5f8.jpg
BAKI, 8 yanvar - Sputnik. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri "dövlət üçün təhlükəli olan ciddi zorakılıq aktı" hazırlamaqda şübhəli bilinərək saxlayıblar. RİA Novosti Düsseldorf prokurorluğu, Reklinghausen polisi və Münster polisinin birgə mətbuat şərhinə istinadən xəbər verir ki, saxlanılan şəxslərin terror hücumu üçün sianid və risin aldıqları ehtimal olunur. Şimali Reyn-Vestfaliya əyalətinin Kastro-Rauxel məhkəməsinin qərarı ilə İran vətəndaşı olan 32 yaşlı təqsirləndirilən şəxsin evində axtarış aparılıb.O, "dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda" şübhəli bilinir. Həmin şəxsin islamçılar tərəfindən təşviq olunan hücum üçün sianid və risin aldığı ehtimal olunur.İranlıdan əlavə daha bir şəxs nəzarətə alınıb, sübutlar götürülüb və hazırda təhlil edilir.Həbslə bağlı qərarın daha sonra veriləcəyi dəqiqləşdirilir. Dövləti təhdid edən ciddi zorakılıq aktı hazırladığına görə həmin şəxslər Almaniyada 6 aydan 10 ilə qədər həbs cəzası ala bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42315/33/423153345_0:0:2731:2048_1920x0_80_0_0_154116a85a3216c697beda92455dd52e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya, terror, iran, həbs
almaniya, terror, iran, həbs
Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Almaniyada dövləti təhdid edən ciddi zorakılıq aktı hazırlayan şəxslər 6 aydan 10 ilə qədər həbs cəzası ala bilər.
BAKI, 8 yanvar - Sputnik. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri "dövlət üçün təhlükəli olan ciddi zorakılıq aktı" hazırlamaqda şübhəli bilinərək saxlayıblar. RİA Novosti Düsseldorf prokurorluğu, Reklinghausen polisi və Münster polisinin birgə mətbuat şərhinə istinadən xəbər verir ki, saxlanılan şəxslərin terror hücumu üçün sianid və risin aldıqları ehtimal olunur.
Şimali Reyn-Vestfaliya əyalətinin Kastro-Rauxel məhkəməsinin qərarı ilə İran vətəndaşı olan 32 yaşlı təqsirləndirilən şəxsin evində axtarış aparılıb.
O, "dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda" şübhəli bilinir. Həmin şəxsin islamçılar tərəfindən təşviq olunan hücum üçün sianid və risin aldığı ehtimal olunur.
İranlıdan əlavə daha bir şəxs nəzarətə alınıb, sübutlar götürülüb və hazırda təhlil edilir.
Həbslə bağlı qərarın daha sonra veriləcəyi dəqiqləşdirilir. Dövləti təhdid edən ciddi zorakılıq aktı hazırladığına görə həmin şəxslər Almaniyada 6 aydan 10 ilə qədər həbs cəzası ala bilərlər.