CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virus yenidən tüğyan edir, maska zavodu isə fəaliyyətini dayandırır

© Sputnik / Murad OrujovSUmqayıtda maska istehsalı
SUmqayıtda maska istehsalı - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Maska istehsal edən müəssisələrdən birinin rəhbəri bildirir ki, hazırda yerli istehsala aid maskaları alan yoxdur. Çünki apteklər yerli istehsaldan maska aldıqda çox böyük miqdarda vergi ödəməli olurlar.
BAKI, 7 yanvar — Sputnik. "Pandemiya dövründə maskadan çox istifadə olunurdu. Maska istehsalı da yüksək səviyyədə idi. Müəssisəmizdə COVID-19 vaxtı maska istehsalı 100 faiz təşkil edirdisə, hazırda bu rəqəmdə 30-40 faizədək azalma var. Həmin 40 faiz elə COVID-19 ilə əlaqədar imiş". Bunu "Gilbert Pharm"ın icraçı direktoru Bəhruz İsmayılzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Həmsöhbətimiz qeyd edib ki, təmsilçisi olduğu müəssisədə pandemiya ilə müqayisədə istehsal müəyyən qədər azalsa da, ixtisarlar olmayıb.
Bir maskanın topdan satış qiyməti
B.İsmayılov bildirib ki, 18 faiz ƏDV daxil olmaqla müəssisə tərəfindən bir maska 8 qəpiyə satılır:
"ƏDV-siz qiymət isə 6.65 qəpikdir. Bu müddətdə biz qiymətləri nə qaldırmışıq, nə də ki, azaltmışıq".
Şirkət rəsmisi qeyd edir ki, xaricdən maska gətirmək istehsal qiymətindən 3 dəfə baha başa gəlir:

"Lakin qeyd edim ki, kənardan maska gətirilməsinin bizə təsiri yoxdur. Nazirlər Kabinetinin qərarı ilə maska üçün istehsal olunan xammal 2022-ci ilin dekabrınadək gömrük rüsumlaırndan azad idi. Biz xammalı Türkiyədən idxal edirdik. Həmin qərarın artıq qüvvədə olmaması maskanın qiymətinə necə təsir edəcək, bunu bilmirəm".

Gündəlik istehsal
Müəssisə rəhbəri onu da bildirib ki, hazırda müəssisə tərəfindən günlük istehsal həcmi 30 min ədəddir:
"Bu maskaların 70 faizini ağ maskalar təşkil edir. Qeyd edim ki, bizdə maska istehsalı ötən ilin martından gücləndi. Mart ayında tələbat 200 mindən çox idi, lakin biz 50 minədək maska istehsal edə bilirdik. Çünki şirkətimiz sırf maska istehsalı ilə məşğul deyil. Klinikalarla işlədiyimiz üçün müştərilərimiz də az deyildi. Amma qeyd edim ki, fürsətdən istifadə edən şirkətlər var idi, hansı ki, aya bəlkə də 500 min maska satırdılar, indi bəlkə də 10 ədəd də maska sata bilmirlər. Belə şirkətlərə "qayıq şirkət"lər, yəni, suyun axını ilə üzən müəssisələr deyilir".
"Biz birbaşa apteklərlə fəaliyyət göstərmirik, çünki onların mal almaq imkanı çox aşağıdır. Onlar bəlli şirkətlərin, "Avromed", "Zeytun"un tərkibindədirlər. Bu şirkətlərlə bizim maska dövriyyəmiz çox aşağıdır", - deyə o əlavə edir.
Onun sözlərinə görə, müəssisə xəstəxanalarla əməkdaşlıq edir, onlarda isə bu məhsula tələbat yüksəkdir.
İcraçı direktor bildirib ki, müəssisə hazırda maska istehsalını Zəngilanın Ağalı kəndində həyata keçirir:
"Artıq Bakıda maska istehsal etmirik. Orada mindən artıq əməkdaş fəaliyyət göstərir".
Virus geniş yayılsa da, artıq maska istehsalını dayandıranlar da var
"Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, maska istehsalında olan işçiləri digər istehsalat sahələrinə keçiriblər, xırda sifarişlər olduqda həmin işçilər müvəqqəti olaraq yenidən öz sahələriinə qaytarılırlar:
"Hazırda 10 milyonluq maska ehtiyatımız var. Qeyd edim ki, hazırda yerli istehsalatdan maska alan yoxdur. Əsas problemlərdən biri budur. Biz hazırda maska istehsalı ilə bağlı 6 xəttimizdən yalnız ikisini saxlamışıq, digərlərinin fəaliyyət istiqamətlərini dəyişmişik".
"Maskaya tələbatın azalmasının əsas səbəblərindən biri həm xaricdən maska axını, həm də açıq havada maska qadağasının olmamasıdır. Təsəvvür edin, xaricdən 1-2 qəpiyə maskalar gətilərək apteklərdə 20 qəpiyə satılır. Apteklər yerli istehsaldan maska aldıqda çox böyük miqdarda vergi ödəməli olurlar. Onlar mənfəət vergisi ödəməli olacaqlar. Çünki bizdən 11-12 qəpiyə maska alıb 20 qəpiyə satacaqlar. Xaricdən maskanı isə kilo hesabı ilə gətirirlər".
© AFP 2024 / LIONEL BONAVENTURETibbi maska, arxiv şəkli
Медицинская маска на столе, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Tibbi maska, arxiv şəkli
O qeyd edir ki, son istehsal 4 ay əvvəl olub və təqribən 3 milyon ədəd maska istehsal olunub:
"Qeyd edim ki, gündəlik istehsal gücü 600 min ədəddir".
Qiymətlərə gəlincə, Səkinə Babayeva bildirir ki, əvvəllər xammalı 51 qəpiyə gətirirdiər, o zaman maskanın istehsal dəyəri 17-18 qəpik olurdu, apteklərə satış qiyməti isə 25 qəpiyə başa gəlirdi:

"Hazırda isə xammal 7-9 qəpiyə gəlir və biz onu 11 qəpiyə satmalı oluruq. Apteklər isə onu 20 qəpiyə satırlar. Təklif etmişik ki, apteklər məhsullarımızı 15 qəpiyə satsınlar".

"Maska üç qatlıdır və gələn tüpürcəklərin çölə axınını qarşısı orta qatda alınır. Həmmçinin də kənardan gələn mikroblar da orta qatda toplanır. Bu xammalın qiyməti dünya bazarında 3 dollar 60 sentdir. Biz də hesablayanda təəccüblənirik ki, necə ola bilər ki, bir maska Azərbaycana 2 qəpiyə gəlib çatsın. Hələlik bunun cavabını tapa bilmirik. Əhali bunu alır, yəqin ki hansısa fəsadlarla rastlaşırlar. Bəlkə də hər hansı məqsədlərlə xaricdən infeksiyanı yayırlar və 0 qəpiyə olan maska Azərbaycana satılır", - deyə o əlavə eidr.
Həmsöhbətimiz bildirib ki, dünya bazarınnda ikinci dərəcəli xammalın qiyməti 2 dollar 60 sentdir, qulaq rezinlərinin qimyəti isə 11 dollardan az deyil:

"Normal maskanın çəkisi 3 qram yarım olmalıdır. Ən aşağı qiymət 7 qəpik olmalıdır. Yol xərclərini də əlavə etsək, qiymət bir qədər də artacaq".

"Strateji məhsul olduğu üçün bütünlükdə maska zavodunu ləğv edə bilmərik", - deyə o əlavə edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə bildirib ki, hazırda dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib.
O 2023-cü ildə COVID-19 pandemiyasına son qoymağın mümkün olacağına ümid etdiyini ifadə edib.
ÜST rəsmisi bildirib ki, COVID-19 ilə bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. ÜST başçısının sözlərinə görə, bu gün "BA.2 "omikron"un ştamlarının rekombinantı" olan koronavirusun yeni XBB.1.5 alt növü sürətlə yayılır.
O həmçinin bildirib ki, omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.
ÜST nümayəndəsi Mariya Van Kerkxove deyib ki, bəzi Avropa ölkələrində və ABŞ-ın şimal-şərqində XBB.1.5 artıq digər dövr edən alt variantları əvəzləyib.
"ÜST bu variantı diqqətlə izləyir, riskləri qiymətləndirir və bu barədə məlumat verəcək. COVID-19, çox güman ki, müzakirə üçün əsas mövzu olaraq qalacaq, lakin mən inanıram və ümid edirəm ki, müvafiq səylərin olduğu təqdirdə bu il ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin rəsmən başa çatması ili olacaq", – deyə ÜST başçısı vurğulayıb.
Xəbər lenti
0