Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nehrəm məktəbində ilginc qətl: Şagird şagirdi öldürdü

© Photo : Dogan News Agency via REUTERSМедицинский персонал оказывает помощь раненным на месте взрыва в турецком городе Кайсери, 17 декабря 2016 года
Медицинский персонал оказывает помощь раненным на месте взрыва в турецком городе Кайсери, 17 декабря 2016 года - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsindəki orta məktəbdə şagird 17 yaşlı məktəb yoldaşını bıçaqla qətlə yetirib.
BAKI, 7 yanvar - Sputnik. Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl hadisəsi baş verib.
Hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.
Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb. Tuncay Abdullayev aldığı bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
R.Süleymanov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, Araşdırma davam edir (lent.az).
Xəbər lenti
0