Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

© Sputnik / Murad OrujovBakıda qar, 24 fevral 2021-ci il
Bakıda qar, 24 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
BAKI, 7 yanvar - Sputnik. Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolar buz bağlayacaq.
Xəbər lenti
0