SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asiya parlamentariləri sabah Türkiyədə toplaşacaq

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə çıxış edib - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Antalya şəhərində keçiriləcək Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
BAKI, 7 yanvar - Sputnik. Sabah (yanvarın 8-də) Türkiyə Respublikasının Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası keçiriləcək.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti də bu sessiyada iştirak üçün sabah Antalyaya gedəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
"Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.", - Mətbuat Xidmətinin məlumatında deyilir.
Xəbər lenti
0