CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2018-ci ilədək hətta bir manat pensiya kapitalı olan vətəndaş yaşa görə pensiya ala bilər

© Sputnik / Elvin Ahmadpensiya
pensiya  - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Ölkədə minimum pensiya artırılır. Minimum pensiya artanda minimum pensiya kapitalına olan tələb də artır. Ekspertlər minimum pensiya kapitalı tələbinin artacağı məsələsini və bunun pensiyaya çıxmağa mümkün təsirini şərh ediblər.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata çatdırılandan sonra minimum pensiya kapitalı tələbi də qalxacaq. Belə ki, pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 5 min 800 manata yaxın artacaq. Hazırda pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 34 min 560 manatdır. Minimum pensiya 280 manata çatdırılandan sonra minimum kapital tələbi 40 min 320 manata çatacaq.
Ekspertlər minimum pensiya kapitalı tələbinin artacağı və bunun pensiyaya çıxmağa mümkün təsiri məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, pensiya yaşına çatmış şəxslərin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Xalid Kərimli
Bundan sonra minimum kapital tələbi 40 min 320 manat olacaq
O bildirib ki, hazırda pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 34 min 560 manatdır:
"Bundan sonra isə minimum kapital tələbi 40 min 320 manat (280 manat x 144 ay) olacaq. Əgər şəxs pensiya yaşına çatıbsa, topladığı kapital minimum pensiya kapıtalından çoxdursa, artıq staja baxılmır və o pensiyaya çıxır. Yox, əgər şəxsin topladığı pensiya kapitalı tələb olunan minimum həddən aşağıdırsa, o zaman 25 il sığorta stajına baxılır. Yəni həmin şəxsin 25 il sığorta stajı varsa, onun yenə pensiya hüququ yaranır. Başqa sözlə, yaşa görə əmək pensiyasına çıxmaq üçün ya 25 il sığorta stajı ya da minimum pensiya kapitalı olmalıdır".
Hökumət tərəfindən humanist qaydalar müəyyən olunub, 25 il staj hədiyyə edilir
Ekspert diqqətə çatdırıb ki, bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir: "2006-2018-ci illər arasında hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatmış şəxsə 25 il sığorta stajı hədiyyə edilir. Bu, 2019-cu ilin əvvəlindən tətbiq edilir. Bu ona görədir ki, hər kəsin pensiyaya çıxmaq hüququ olsun. Hökumət tərəfindən humanist qaydalar müəyyən olunub, vətəndaşa 25 il staj hədiyyə edilir. Qarşıdakı illərdə də vətəndaşların pensiyaya çıxması çətin olmayacaq, çünki staj onlara hədiyyə edilir".
"Ötən ilin sonunda fərdi hesabında hər hansı məbləğdə pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddəti daha üç il uzadılıb. Hazırda hədiyyə edilən həmin 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq olunacaq. 2019-2025-ci illərdə pensiya yaşına çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq"-deyə ekspert əlavə edib.
Azərbaycanda pensiya amnistiyası 2026-cı ilədək uzadılıb
Deputat Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, minimum pensiya məbləği artırsa, bu, pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalına da təsir göstərir:
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
"Çünki minimum pensiya kapitalı eyni zamanda minimum pensiya məbləğinə uyğun olaraq müəyyənləşir. Amma nəzərə alsaq ki, Azərbaycanda pensiya amnistiyası 2026-cı ilədək uzadılıb, yəni növbəti 3 ildə də amnistiya tətbiq olunacaq. Bu, o deməkdir ki, 2018-ci ilin iyulunadək hətta 1 manat ödəniş edən vətəndaş belə avtomatik olaraq pensiyaya çıxmaq hüququ əldə edəcək. Amnistiya müddəti uzadıldığı üçün 2018-ci ilin iyulun 1-dək hər hansı ödəniş etmiş vətəndaşlarımızın pensiyaya çıxmaq hüququna minimum pensiya məbləğinin artırılması təsir göstərməyəcək".
Prezident İlham Əliyevdən pensiyaçılara daha bir dəstək
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun pensiya sistemində növbəti humanist yanaşmanın tətbiqinə, pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən daha bir addımdır. Belə ki, "Əmək pensiyaları haqqında" qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.
Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu. Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı.
Təsdiqlənən yeni qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək. Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək.
Minimum pensiya 280 manata çatdırılacaq
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Onu da bildirək ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.
Xəbər lenti
0