https://sputnik.az/20230106/turkmenistan-ve-cin-qaz-emekdasligi-intensivlesdirmek-barede-raziliga-gelibler---kv-450394356.html
Türkmənistan və Çin qaz əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər - KİV
Türkmənistan və Çin qaz əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər - KİV
Sputnik Azərbaycan
Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır. 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T22:03+0400
2023-01-06T22:03+0400
2023-01-06T22:03+0400
qaz
dünya xəbərləri
çin
türkmənistan
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_0:159:3076:1889_1920x0_80_0_0_ab75b9c903301312875cf0aeac686193.jpg
BAKI, 6 yanvar — Sputnik. Pekində keçirilən danışıqların yekunları üzrə Çin Xalq Respublikasının sədri Si Cinpin və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı birgə bəyanata əsasən, Türkmənistan və Çin qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafının intensivləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat yayıb. Sənəddə tərəflər Türkmənistan və Çin arasında qaz sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək, bu sahədə hərtərəfli əməkdaşlıq sxeminin - hasilat, boru kəmərlərinin nəqli, ticarət, maliyyələşdirmə və texniki dəstək sxeminin formalaşdığını vurğulayıblar. Sənəddə Türkmənistan və Çinin enerji sektorunda strateji tərəfdaş olduğu vurğulanır. "Tərəflər qarşılıqlı anlaşma, səmimiyyət, açıqlıq və qarşılıqlı fayda prinsiplərinə sadiq qalaraq, mövcud sazişləri daha da tam şəkildə həyata keçirəcək, qaz sahəsində əməkdaşlıq üzrə danışıqlar prosesini irəli aparacaq, Qalkinış yatağı və Türkmənistan-Çin qaz kəmərinin D xəttinin tikintisi və digər iri müştərək layihələr, qaz sənayesində əməkdaşlığın intensivləşdirilməsi qazının sənaye inkişafının ikinci mərhələsinin həyata keçirilməsini sürətləndirəcək", - birgə bəyanatda deyilir. Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır və Çin bazarında boru kəməri təbii qazının satışında da liderdir. Öz növbəsində Çin Türkmənistan təbii qazının ən böyük alıcısıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_174:0:2903:2047_1920x0_80_0_0_54018d3527483e8303caa6acf4b85f8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, çin, türkmənistan, əməkdaşlıq
qaz, çin, türkmənistan, əməkdaşlıq
Türkmənistan və Çin qaz əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər - KİV
Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır.
BAKI, 6 yanvar — Sputnik. Pekində keçirilən danışıqların yekunları üzrə Çin Xalq Respublikasının sədri Si Cinpin və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı birgə bəyanata əsasən, Türkmənistan və Çin qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafının intensivləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat yayıb.
Sənəddə tərəflər Türkmənistan və Çin arasında qaz sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək, bu sahədə hərtərəfli əməkdaşlıq sxeminin - hasilat, boru kəmərlərinin nəqli, ticarət, maliyyələşdirmə və texniki dəstək sxeminin formalaşdığını vurğulayıblar.
Sənəddə Türkmənistan və Çinin enerji sektorunda strateji tərəfdaş olduğu vurğulanır.
"Tərəflər qarşılıqlı anlaşma, səmimiyyət, açıqlıq və qarşılıqlı fayda prinsiplərinə sadiq qalaraq, mövcud sazişləri daha da tam şəkildə həyata keçirəcək, qaz sahəsində əməkdaşlıq üzrə danışıqlar prosesini irəli aparacaq, Qalkinış yatağı və Türkmənistan-Çin qaz kəmərinin D xəttinin tikintisi və digər iri müştərək layihələr, qaz sənayesində əməkdaşlığın intensivləşdirilməsi qazının sənaye inkişafının ikinci mərhələsinin həyata keçirilməsini sürətləndirəcək", - birgə bəyanatda deyilir.
Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır və Çin bazarında boru kəməri təbii qazının satışında da liderdir. Öz növbəsində Çin Türkmənistan təbii qazının ən böyük alıcısıdır.