Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təxirə salınmış sertifikasiya imtahanlarının keçirilməsi bərpa edilir

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Qeyd olunan tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənən imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.
BAKI, 6 yanvar — Sputnik. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.
11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.
Xəbər lenti
0