Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi xaricdə tibb təhsili almış şəxslərə müraciət edib - CƏDVƏL

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar imtahana buraxılış vərəqəsində qeyd olunacaq
BAKI, 6 yanvar — Sputnik. 2011-ci ildən Azərbaycanda rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər üçün ilk imtahan yanvarın 23-də keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmin şəxslər imtahana buraxılış vərəqəsini imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə əldə edəcəklər.
İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Digər imtahan tarixləri aşağıdakı cədvəl üzrə olacaq.
Xatırladaq ki, ötən ilin yanvarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaq, maaşa 6500 manat əlavə veriləcək.
O bildirmişdi ki, həmin dövrdən etibarən xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılıb.
Xəbər lenti
0