https://sputnik.az/20230106/neft-bahalasir---sebebler-450385654.html
Neft bahalaşır - SƏBƏBLƏR
Neft bahalaşır - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Beynəlxalq Valyuta Fondunun iri iqtisadiyyatların resessiyaya düşə biləcəyi xəbərdarlığından sonra qiymətlər ilin ilk günlərində ucuzlaşmışdı. 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T14:19+0400
2023-01-06T14:19+0400
2023-01-06T14:19+0400
neft
birja
qiymət
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242057_0:160:3072:1888_1920x0_80_0_0_4e3e89fe0ad71681b84c92b67e7a8e6d.jpg
BAKI, 6 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,61 dollar artaraq 79,3 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti 0,54 dollar bahalaşaraq 74,21 dollar olub. Azərbaycan neftinin qiyməti də 1,6 dollar artaraq 83,95 dollar olub. Qeyd edək ki, ABŞ-da enerji ehtiyatlarının azalması ilə bağlı məlumatlar neftin qiymətlərinə təsir göstərib və qiymətlər bahalaşıb. Digər tərəfdən, dünyanın ən böyük xam neft idxalçısı olan Çin Honq Konqla sərhədini yanvarın 8-də açacağını açıqlayıb. Bu addımın ölkədə neftə tələbatda böyük artıma təkan verəcəyi gözlənilir. Lakin, Beynəlxalq Valyuta Fondunun (BVF) bir çox böyük iqtisadiyyatların resessiyaya düşə biləcəyi xəbərdarlığından sonra neft qiymətləri 2023-cü ilin ilk günlərində ucuzlaşıb. Dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çindən gələn zəif iqtisadi göstəricilər, hər iki ölkədə istehsal fəaliyyətinin dekabr ayında daralması ilə əlaqədar tənəzzül narahatlıqlarını artırıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242057_171:0:2902:2048_1920x0_80_0_0_4cc27d8a03f3806fef464d52711a131e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, birja, qiymət
Neft bahalaşır - SƏBƏBLƏR
Beynəlxalq Valyuta Fondunun iri iqtisadiyyatların resessiyaya düşə biləcəyi xəbərdarlığından sonra qiymətlər ilin ilk günlərində ucuzlaşmışdı.
BAKI, 6 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,61 dollar artaraq 79,3 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti 0,54 dollar bahalaşaraq 74,21 dollar olub. Azərbaycan neftinin qiyməti də 1,6 dollar artaraq 83,95 dollar olub.
Qeyd edək ki, ABŞ-da enerji ehtiyatlarının azalması ilə bağlı məlumatlar neftin qiymətlərinə təsir göstərib və qiymətlər bahalaşıb. Digər tərəfdən, dünyanın ən böyük xam neft idxalçısı olan Çin Honq Konqla sərhədini yanvarın 8-də açacağını açıqlayıb. Bu addımın ölkədə neftə tələbatda böyük artıma təkan verəcəyi gözlənilir.
Lakin, Beynəlxalq Valyuta Fondunun (BVF) bir çox böyük iqtisadiyyatların resessiyaya düşə biləcəyi xəbərdarlığından sonra neft qiymətləri 2023-cü ilin ilk günlərində ucuzlaşıb. Dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çindən gələn zəif iqtisadi göstəricilər, hər iki ölkədə istehsal fəaliyyətinin dekabr ayında daralması ilə əlaqədar tənəzzül narahatlıqlarını artırıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.