CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketdə saxta spirtli içkilərin satıldığı aşkarlanıb

© Sputnik / Алексей МальгавкоMağazada spirtli içki satışı
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Aparılan müayinələrdə 5 nümunənin tərkibində tündlülüyün, eyni zamanda "Ağsu damcısı" əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycanda marketdə saxta spirtli içkilərin satıldığı aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus "Kəmalə" marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik "Zakaznaya", 18 ədəd 0.5 ml-lik "Leopard", 6 ədəd 0.7 ml-lik "Leopard", 5 ədəd 0.5 ml-lik "Naturalnaya", 3 ədəd 0.7 ml-lik "Himalay ayısı", 1 ədəd 0.5 ml-lik "Moskovskie veçera", 1 ədəd 0.7 ml-lik "Qaraçanaq", 2 ədəd 1 l-lik "Quseynoff" əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik "Ağsu damcısı" əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkar edilib.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün ("Naturalnaya" 31,6% , "Leopard" 31,3%, "Himalay ayısı" 31,7%, "Ağsu damcısı" 32,8% , "Zakaznaya" 31,6%), eyni zamanda "Ağsu damcısı" əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Qeyd olunanlarla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluğun olması müəyyən edilib.
Aşkar olunan nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.
Xəbər lenti
0