Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hazırda yayılan virus XBB.1.5 ştamı ola bilərmi?

© Depositphotos.com / Val.suprunovichOmikron, arxiv şəkli
Omikron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
İnfeksionist hazırda əhali arasında yayılmış virusun Omicron XBB.1.5 ştamı olduğuna dair heç bir fakt olmadığını bildirib.
BAKI, 6 yanvar — Sputnik. Koronavirusun Omicron XBB.1.5 ştammı yayılmaqda davam edir. Ştam artıq 29 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib:
"Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib".
Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil. Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.
Omicron XBB.1.5 ştamı Azərbaycanda yayılıbmı?
Səhiyyə Nazirliyindən bildiriblər ki, bu ştama hələ ki, ölkəmizdə rast gəlinməyib. Ştamın yayıldığı ölkələr arasında Azərbaycanın adı yoxdur.
İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Omicron XBB.1.5 ştamının koronavirusun digər ştammlarından təhlükəli olacağına inanmır.
© Sputnik / Nigar IskanderovaVüqar Cavadzadə
Vüqar Cavadzadə - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Vüqar Cavadzadə
Onun sözlərinə görə, Omicron XBB.1.5 ştamının yayıldığı ölkələrdə bu müşahidə edilir.
V.Cavadzadə bildirib ki, Omicron XBB.1.5 ştamı daha sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, kəskin ağırlaşmalara səbəb olmur. O, hazırda əhali arasında yayılmış virusun Omicron XBB.1.5 ştamı olduğuna dair heç bir fakt olmadığını da söylədi.
Hazırda yayılan virus omickron ola bilərmi?
Həkim bildirib ki, hazırda yayılmış xəstəlik əlamətlərinə görə mövsümü qripə daha çox bənzəyir:

"Burada "omicron"a bənzər əlamət yoxdur. Bu ştam başlayanda boğaz ağrısı ilə başlayır və xəstədə 37-38 dərəcə temperatur olur. Həm də xəstəlik tədricən başlayır. Amma qrip kəskin başlayır və yüksək temperatur müşahidə olunur. Xəstələrdə demək olar ki, boğaz ağrısı müşahidə edilmir, daha çox quru öskürək olur. Bu əlamətlər qripəbənzər əlamətlərdir. Bu xəstələrdə intoksikasiya sindromu müşahidə edilir. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir. Bura yüksək temperatur, baş və əzələ ağrıları, iştahsızlıq, halsızlıq daxildir. Bunlar 2-3 gündən sonra keçib gedir və xəstələrin həyatı üçün hər hansı təhlükəli məqam yoxdur".

V. Cavadzadənin sözlərinə görə, xəstəliyin ilkin mərhələsində antibiotik təyin edilməsi tövsiyə edilmir:

"Birinci həftədə antibiotik təyin edilməsi tövsiyə edilmir. Virus orqanizmdə öz dövrünü başa vurmalıdır. Sadəcə olaraq bu dövrdə xəstə bol maye qəbul etməli, meyvə yeməlidir".

Alimlər həyəcan təbili çalır
Azərbaycanda yayılan xəstəliyin Omicron XBB.1.5 ştamı olmadığı bildirilsə də, alimlər bu ştamla bağlı xəbərdarlıq edirlər.
Belə ki, XBB.1.5 adlı yeni variant koronavirusun əvvəlki variantlarına nisbətən daha asan yoluxur. Eyni zamanda, koronavirusa qarşı peyvənd olunan insanları da yoluxdura bilir.
Mütəxəssislər XBB.1.5 variantının dünya səhiyyə sisteminə təzyiq göstərə biləcəyini deyirlər. Bununla belə, yeni variantın əvvəlki variantlardan daha ciddi xəstəliklərə səbəb olduğuna dair hələ heç bir dəlil yoxdur.
XBB.1.5 ştamı mutasiyaya uğramış variantdır
Mütəxəssislər bildirirlər ki, XBB.1.5 "Omicron XBB"nin mutasiya edilmiş versiyasıdır və ilk dəfə avqust ayında Hindistanda aşkarlanıb. BJ.1 və BA.2.75 variantlarının kombinasiyası olan XBB cəmi bir ay ərzində bəzi ölkələrdə yoluxma hallarını dörd dəfə artırıb.
Varvik Universitetinin virusoloqu, professor Laurens Yang bildirib ki, "XBB.1.5 variantı çox yoluxucudur və Nyu-Yorkda, xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur:
"İmmunitetin azalması, soyuq hava səbəbindən daha çox evdə olmaq, eləcə də tibbi maskaları taxmamaq ABŞ-da infeksiyaların artmasına kömək edir".
© Sputnik / Центр "Вектор" / Mediabanka keçidKoronavirus ştamı, arxiv şəkli
Центр Вектор опубликовал фото дельта-штамма коронавируса - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Koronavirus ştamı, arxiv şəkli
Digər tərəfdən, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi məlumatlar koronavirusa yoluxma hallarının 41 faizinin XBB.1.5-lə əlaqəli olduğunu göstərir. Bu rəqəm bir həftə əvvəllə müqayisədə iki dəfə artıb.
"Biz XBB.1.5-in ölkənin şimal-şərq bölgəsində dominant variant olacağını və bütün regionlarda artacağını gözləyirik", - deyə CDC-nin əməkdaşı Barbara Mahon bildirib.
O, həmçinin vurğulayıb ki, XBB.1.5-ə yoluxma hallarının sürətli artımı "çox narahatedicidir" və infeksiyaların yeni dalğasını sürətləndirmək üçün kifayət qədər güclüdür.
XBB.1.5-ə yoluxma halları ən azı 74 ölkədə təsdiqlənib. Bu ölkələrə Türkiyə, İngiltərə, Çin, Hindistan, Pakistan, İndoneziya və Avstraliya daxildir.
Mütəxəssislər XBB.1.5 variantının simptomlarının digər "Omicron" variantlarına bənzədiyini bildirirlər və simptomları aşağıdakı kimi sıralayırlar: "Öskürək, soyuq, qızdırma, boğaz ağrısı, bədən ağrıları".
Xəbər lenti
0