https://sputnik.az/20230106/etin-qiymeti-bahalasib-reportaj-vdeofoto-450360403.html
Ətin qiyməti bahalaşıb? Reportaj-VİDEO+FOTO
Ətin qiyməti bahalaşıb? Reportaj-VİDEO+FOTO
Sputnik Azərbaycan
Satıcı bildirir ki, ətin qiymətinin bayram günlərində bahalaşmasında süni amil olmayıb. 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T08:51+0400
2023-01-06T08:51+0400
2023-01-06T10:28+0400
cəmiyyət
ət
bahalaşma
quzu
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/05/450352509_0:120:1280:840_1920x0_80_0_0_ffa455a01e9bd58f2294e25a5eb2613c.jpg
BAKI, 6 yanvar — Sputnik. Bayram günlərində ətin qiymətinin kəskin bahalaşması əhali arasında narahatlıq yaradıb. Yeni İl bayramı günlərində dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılıb. Satıcılar ətin bahalaşmasının tələbatın artmasıyla əlaqələndiriblər. Onların sözlərinə görə, Yeni il bayramı ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb. Satıcılar deyib ki, ətin bahalaşmasının digər səbəbi isə bayram günlərində rayonlardan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb. Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq. Sputnik Azərbaycan hazırda ət bazarında qiymətləri araşdırıb. Bakının Səbail rayonu Bibiheybət qəsəbəsi "20-ci sahə" adlanan ərazidə ətin qiyməti hazırda əvvəlki həddədir. Ət mağazasının sahibi Rövşən Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dana əti 13 manat 50 qəpiyə, quzu əti isə 16 manata satılır. Satıcı bildirdi ki, ətin qiymətinin bayram günlərində bahalaşmasında süni amil olmayıb. Onun sözlərinə görə, bayram günlərində rayonlarda heyvan bazarında qiymətlər bahalaşıb. Bu isə qiymət artımına gətirib çıxardıb: "Ən çox 10 kiloqrama qədər çəkisi olan quzular bahalaşıb. Bayram günlərində kabab daha çox hazırlandığından rayonlarda quzu əti 20 manata qalxmışdı. 15-16 kiloqramlıq quzuların qiyməti isə nisbətən ucuzdur. Biz qiyməti bahalaşdırmamışıq. Bayram günlərində də quzu ətini 16 manata satmışıq. Amma bəzi yerlərdə körpə quzu əti 20 manata satılıb". Satıcı bildirdi ki, ətin qiymətinin bu ildə bahalaşacağı gözləniləndir. Çünki, rayonlarda diri çəkidə heyvanların qiyməti artıb: "Bir dananın diri çəkidə qiymətində 500 manata qədər bahalaşma var. Bu da ətin qiymətinə təsir edir. Yol xərci, baytar yoxlanması rüsmlarını da əlavə etsək, ətin qiymətinin ucuzlaşacağını gözləmək yersizdir. Çox güman ki, bu il ətin qiyməti yenidən bahalaşacaq". İri supermarketlərdə də ətin qiyməti hələlik sabitdir. Müşahidə apardığımız marketlərdə quzu əti 15 manat 99 qəpik, dana əti isə 13 manata satılır. Sümüksüz dana əti isə 15 manatdır. İqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayram günlərində ətin qiymətində kəskin bahalaşma ətə təlabatın artması ilə bağlıdır. O, qeyd edib ki, dünya bazarında qiymətlərdə ucuzlaşma müşahidə olunur. İqtisadçının sözlərinə görə, buna görə də ətin qiymətində artıma ciddi iqtisadi əsas yoxdur: "Qlobal infilyasiyanın qarşısının alınacağı gözlənilir. Azərbaycanda bayram günlərində ətin bahalaşması süni artımdır. Ətə təlabatın artmasından istifadə edənlər qiymətləri artırsalar da, bu davamlı ola bilməz. Çünki, qiymət artımına ciddi əsas yoxdur". Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, aylıq müqayisədə ötən ilin oktyabr ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 12.39 manatdan 12.92 manata, sümüksüz mal ətinin (tikə) qiyməti 14.36 manatdan 15.03 manata qalxıb. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 1.5% bahalaşma ilə 13.61 manatdan 13.81 manata qədər bahalaşıb. Xatırladaq ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1658,6 milyon ədəd olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/05/450352509_0:0:1280:960_1920x0_80_0_0_edd2cfc30fc32e6f4292d00d97a07a2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ət, bahalaşma, quzu, qiymət
ət, bahalaşma, quzu, qiymət
Ətin qiyməti bahalaşıb? Reportaj-VİDEO+FOTO
08:51 06.01.2023 (Yenilənib: 10:28 06.01.2023) Satıcı bildirir ki, ətin qiymətinin bayram günlərində bahalaşmasında süni amil olmayıb.
BAKI, 6 yanvar — Sputnik. Bayram günlərində ətin qiymətinin kəskin bahalaşması əhali arasında narahatlıq yaradıb. Yeni İl bayramı günlərində dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılıb. Satıcılar ətin bahalaşmasının tələbatın artmasıyla əlaqələndiriblər. Onların sözlərinə görə, Yeni il bayramı ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb. Satıcılar deyib ki, ətin bahalaşmasının digər səbəbi isə bayram günlərində rayonlardan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb. Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.
Sputnik Azərbaycan hazırda ət bazarında qiymətləri araşdırıb.
Bakının Səbail rayonu Bibiheybət qəsəbəsi "20-ci sahə" adlanan ərazidə ətin qiyməti hazırda əvvəlki həddədir. Ət mağazasının sahibi Rövşən Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dana əti 13 manat 50 qəpiyə, quzu əti isə 16 manata satılır. Satıcı bildirdi ki, ətin qiymətinin bayram günlərində bahalaşmasında süni amil olmayıb.
Onun sözlərinə görə, bayram günlərində rayonlarda heyvan bazarında qiymətlər bahalaşıb. Bu isə qiymət artımına gətirib çıxardıb: "Ən çox 10 kiloqrama qədər çəkisi olan quzular bahalaşıb. Bayram günlərində kabab daha çox hazırlandığından rayonlarda quzu əti 20 manata qalxmışdı. 15-16 kiloqramlıq quzuların qiyməti isə nisbətən ucuzdur. Biz qiyməti bahalaşdırmamışıq. Bayram günlərində də quzu ətini 16 manata satmışıq. Amma bəzi yerlərdə körpə quzu əti 20 manata satılıb".
Satıcı bildirdi ki, ətin qiymətinin bu ildə bahalaşacağı gözləniləndir. Çünki, rayonlarda diri çəkidə heyvanların qiyməti artıb: "Bir dananın diri çəkidə qiymətində 500 manata qədər bahalaşma var. Bu da ətin qiymətinə təsir edir. Yol xərci, baytar yoxlanması rüsmlarını da əlavə etsək, ətin qiymətinin ucuzlaşacağını gözləmək yersizdir. Çox güman ki, bu il ətin qiyməti yenidən bahalaşacaq".
İri supermarketlərdə də ətin qiyməti hələlik sabitdir. Müşahidə apardığımız marketlərdə quzu əti 15 manat 99 qəpik, dana əti isə 13 manata satılır. Sümüksüz dana əti isə 15 manatdır.
İqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bayram günlərində ətin qiymətində kəskin bahalaşma ətə təlabatın artması ilə bağlıdır. O, qeyd edib ki, dünya bazarında qiymətlərdə ucuzlaşma müşahidə olunur. İqtisadçının sözlərinə görə, buna görə də ətin qiymətində artıma ciddi iqtisadi əsas yoxdur: "Qlobal infilyasiyanın qarşısının alınacağı gözlənilir. Azərbaycanda bayram günlərində ətin bahalaşması süni artımdır. Ətə təlabatın artmasından istifadə edənlər qiymətləri artırsalar da, bu davamlı ola bilməz. Çünki, qiymət artımına ciddi əsas yoxdur".
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, aylıq müqayisədə ötən ilin oktyabr ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 12.39 manatdan 12.92 manata, sümüksüz mal ətinin (tikə) qiyməti 14.36 manatdan 15.03 manata qalxıb. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 1.5% bahalaşma ilə 13.61 manatdan 13.81 manata qədər bahalaşıb.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1658,6 milyon ədəd olub.