CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekoloji qanun pozuntuları ilə bağlı tərtib edilən aktların sayı açıqlanıb

© AP Photo / Bob EdmeOv
Ov - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb.
BAKI, 6 yanvar — Sputnik. Ötən il ərzində ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1024 akt, 2112 protokol tərtib olunub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb: "4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib".
H.Əlizadə həmçinin ov fəaliyyəti ilə bağlı danışıb, qeyd edib ki, ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər.
Onun sözlərinə görə, daha çox ov fəaliyyətində cənub regionu, Muğan zonası maraqlıdır: "Bununla bağlı 3 saylı regional idarədə limitlərimiz bitib. Lakin Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı regionlarında limit az da olsa, ov mövsümü davam etməkdədir".
H.Əlizadə həmçinin Oğuzda meşələrdə ağacların kütləvi kəsilməsi ilə bağlı açıqlama verib, bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bayram günlərində Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması məlumatları ilə bağlı araşdırma aparıb:
"Araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər".
"Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb" - Xidmət rəisi əlavə edib.
Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər
Hikmət Əlizadə bildirib ki, qanunsuz ağac kəsiminə görə cəzaların artırılması ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub, yaxın zamanda layihənin qəbulu gözlənilir: "Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yardacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər".
© pixabay / PixalineAğac kəsimi, arxiv şəkli
Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Ağac kəsimi, arxiv şəkli
Xidmət rəisi vurğulayıb ki, bəzən Bakıda gecə saatlarında tikinti şirkətlərinin yaşıllıqları məhv etməsi halları müşahidə edilir, bu kimi faktların qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var".
O həmçinin şadlıq saraylarında təmizləyici qurğularla bağlı vəziyyətdən danışıb, bildirib ki, onlardan istifadə vəziyyəti qənaətbəxş deyil.
H.Əlizadənin sözlərinə görə, Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib:
© Sputnik / Anar MustafayevTüstü bacası, arxiv şəkli
Tüstü bacası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Tüstü bacası, arxiv şəkli
"Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşı obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib".
Xİdmət rəisi vurğulayıb ki, qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilmiş və xəbərdarlıq məktubları göndərilib.
Qeyd olunub ki, 2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilib. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilib. Qeyd olunan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1 maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olunub..
Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 45 şadlıq sarayı, ictimai iaşə və ailəvi istirahət mərkəzlərindən 5 şadlıq sarayıda atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib.
Gəncə şəhərində 18, Naftalan şəhəri, Goranboy və Samux rayonlarının ərazilərində 5, Göygöl rayonu ərazisində 6 ictimai iaşə və şadlıq sarayında qaz-toztutucu qurğuların olduğu müəyyən edilib. Sözügedən obyektlərdə qurğuların işlək və saz vəziyyətdə saxlanılması üçün mütamadi olaraq filtirlərin təmizlənməsi işləri həyata keçirilir.
Qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub.
Son illər aparılan tikintilərin çoxunda yaşıllıqlarla bağlı qanunvericiliyə riayət edilib
Hikmət Əlizadə bildirib ki, son illər aparılan tikinti layihələrinin böyük əksəriyyətində yaşıllıqların salınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib.
O qeyd edib ki, bunu 10-15 il öncə aparılan tikintilərə şamil etmək olmaz:
"Keçmişdə müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər. Nəinki yaşıllığın qorunması, hətta bəzən iki bina arasındakı məsafə tələbinə belə riayət olunmayıb. Lakin indi onlarla bağlı hansısa tədbir görmək mümkün deyil. Ən azından bu gün və bundan sonra buna əməl edilməsi vacib məsələdir. Çalışırıq ki, bunu təmin edək".
Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən aksiyalar davam edəcək
Nazirlik rəsmisi aksiyalarla bağlı da danışıb, bildirib ki, nəticə əldə olunana qədər Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən aksiyalar davam edəcək.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulmasının qarşısının alınması istiqamətində hansısa bir irəliləyiş yoxdur:
"Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər".
Ötən il Azərbaycanda qanunsuz balıq ovu ilə bağlı 40 iş məhkəməyə göndərilib
H.Əlizadə qeyd edib ki, ötən il balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilən nəzarət tədbirləri nəticəsində 363 ədəd akt və 226 ədəd inzibati xəta haqqında protokol tərtib edilib, 159 100 manat cərimə tətbiq olunub.
© AP Photo / Mindaugas KulbisBalıq ovu, arxiv şəkli
Лов рыбы, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Balıq ovu, arxiv şəkli
O bildirib ki, təbiətə dəymiş ziyanın məbləği 22570,35 manat müəyyən edilib: "33 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş, 117 iş icra şöbələrinə, 40 iş isə məhkəmələrə göndərilib. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində (su anbarları, çaylar, kanallar, kollektorlar və s.) istifadəsi qanunla qadağan edilmiş 4752 metr uzunluğunda 86 ədəd sintetik tor və çoxsaylı balıq ovu alətləri aşkar edilərək yığışdırılıb".
Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə son həftədə keçirdiyi nəzarət tədbirləri nəticəsində 2020-2022-ci illər ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi tərəfindən birgə aparılmış nəzarət tədbirləri nəticəsində qanun pozucuları barəsində ümumilikdə 1343 ədəd Akt, 715 ədəd inzibati xəta haqqında protokol tərtib olunub, 760 min manat cərimə və təbiətə dəymiş ziyan tətbiq edilib, eyni zamanda 180 min metr uzunluğunda 3100 ədəd sintetik tor su hövzələrindən yığışdırılaraq zərərsizləşdirilib".
Xidmət tərəfindən 2022-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 363 ədəd akt və 226 ədəd "İnzibati xəta haqqında Protokol" tərtib edilib, 159100 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 22570,35 manat müəyyən edilib. 33 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş, 117 iş icra şöbələrinə, 40 iş isə məhkəmələrə göndərilmişdir. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 41759 metr uzunluğunda 817 ədəd sintetik tor və qanunsuz ovlanmış 1378 ədəd balıq aşkar edilərək götürülüb.
2021-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 338 ədəd akt və 202 ədəd inzibati xəta haqqında protokol tərtib edilib, 148300,00 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 37520,6 manat müəyyən edilib. 75 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş 69 iş icra və probasiya şöbələrinə, 17 iş isə məhkəmələrə göndərilib. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 23 ədəd qayıq, 47334 metr uzunluğunda 982 ədəd sintetik tor, 144 ədəd ventir 190 ədəd səbət və qanunsuz ovlanmış 2461 ədəd balıq aşkar edilərək götürülülüb".
Ötən il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 130 şəxs (o cümlədən, 14 nəfər xarici vətəndaş) saxlanılıb, maddi sübut kimi 78 ədəd ov silahı, 769 ədəd patron, qanunsuz ovlanmış 114 baş quş, 6 baş heyvan götürülüb, 172350 manat cərimə tətbiq edilib, 38747 manatın ödənilməsi təmin edilib, 7803,1 manat ziyan tətbiq edilib və 3279,1 manatın ödənilməsi təmin olunub. 7 iş polis orqanlarına göndərilib, 134 iş icra şöbələrinə, 16 iş isə məhkəmələrə göndərilib.
2021-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə üzrə 170 şəxs (o cümlədən, 37 nəfər xarici vətəndaş) saxlanılmış, maddi sübut kimi 153 ov tüfəngi, 1086 ədəd patron, qanunsuz ovlanmış 155 baş quş, 13 baş heyvan götürülüb, 235 iş üzrə 245950 manat cərimə tətbiq edilib, 87354,9 manatın ödənilməsi təmin edilib, 5658,9 manat ziyan tətbiq edilib və 1938,5 manatın ödənilməsi təmin edilib. 29 iş polis orqanlarına göndərilib, 53 iş icra və probasiya şöbələrinə, 8 iş isə məhkəmələrə göndərilib.
Üç milyon ağac əkiləcək
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov isə bildirib ki, bu il Azərbaycanda 3 milyon ağac əkiləcək: "Bu il meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi, həmçinin 4-5 milyon ədəd tingin yetişdirilməsi nəzərdə tutulub".
O bildirib ki, hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var: "Bu il üzrə konkret planlar var. 1200 hektar əkin işləri aparacağıq. Bu istiqamətdə müvafiq işlərə başlanılıb".
O xatırladıb ki, ötən il 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum səpilib.
Hazırda ölkədə 982 qazlaşdırılmayan kənd var
Xalıqverdi Hüseynov bildirib ki, təbii fəlakətlər nəticəsində zərər görən ağaclardan 72 min kubmetr oduncaq tədarükü görülüb: "Hazırda ölkədə 982 qazlaşdırılmayan kəndlər var. Onlar arasında əsas diqqətimizdə olan 426 kənd var ki, onlar birbaşa meşə əraziləri ilə həmsərhəddir. Meşəətrafı qazlaşmayan kəndlərin odun yanacağına tələbatının ödənilməsi əsas məqsədimizdir və bu istiqamətdə geniş araşdırmalar aparırıq".
Ən çox yanğın ötən il olub
Xalıqverdi Hüseynov bildirib ki, ən çox yanğın hadisəsi ötən il qeydə alınıb. Onun sözlərinə görə, ötən il 870 hektar meşə ərazisində yanğın olub:
"Yanğınlar avqustun 15-dən sonra daha çox müşahidə edilib. Yanğınlar daha çox Şabran, Quba, Qəbələ, Zaqatalada baş verib. İlkin hesablamalara görə 40 hektara yaxın meşə fondu tamamilə məhv olub. Bununla bağlı İDEA İctimai Birliyinin "Yanğından yaşıllığa" kampaniyası çərçivəsində tədbirlər keçirilir. Layihə çərçivəsində artıq 35 hektar ərazidə 12 mindən çox ting əkilib".
Xəbər lenti
0