CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda və digər şəhərlərdə yaşayan Naxçıvan sakinlərinə şad xəbər

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Artıq ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
BAKI, 6 yanvar — Sputnik. Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.
ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi.
Bu da istifadə müddəti bitən, itirilən, yararsız hala düşən şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu. (Qafqazinfo).
Xəbər lenti
0