https://sputnik.az/20230106/azerbaycanli-hekim-usaqlarda-beyin-zedelenmesini-qiymetlendire-bilen-sistem-yaradib-450397302.html
Azərbaycanlı həkim uşaqlarda beyin zədələnməsini qiymətləndirə bilən sistem yaradıb
Azərbaycanlı həkim uşaqlarda beyin zədələnməsini qiymətləndirə bilən sistem yaradıb
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə... 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T21:39+0400
2023-01-06T21:39+0400
2023-01-06T21:39+0400
həkim
cəmiyyət
sistem
körpə
beyin
kompüter tomoqrafiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_0:104:2000:1229_1920x0_80_0_0_072fe3feb7a13783f06f7355ec900bba.jpg
BAKI, 6 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini kəşf edib. Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulan körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb.Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur "Oxford Academic Journal of Tropical Pediatrics" elmi jurnalında dərc olunub.Tibbdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_112:0:1889:1333_1920x0_80_0_0_2feea21c5ab7b70d02081f21e693ac5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, sistem, körpə, beyin, kompüter tomoqrafiyası
həkim, sistem, körpə, beyin, kompüter tomoqrafiyası
Azərbaycanlı həkim uşaqlarda beyin zədələnməsini qiymətləndirə bilən sistem yaradıb
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb
BAKI, 6 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini kəşf edib.
Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulan körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb.
Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur "Oxford Academic Journal of Tropical Pediatrics" elmi jurnalında dərc olunub.
Tibbdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.