https://sputnik.az/20230106/azerbaycanda-donuz-qripi-askarlanmayib---resm-450395590.html
Azərbaycanda donuz qripi aşkarlanmayıb - RƏSMİ
Azərbaycanda donuz qripi aşkarlanmayıb - RƏSMİ
Sputnik Azərbaycan
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb. 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T15:19+0400
2023-01-06T15:19+0400
2023-01-06T15:19+0400
səhiyyə
h1n1 virusu
donuz qripi
azərbaycan
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/30180/16/301801687_0:47:395:269_1920x0_80_0_0_ff0f2833bd8b3623ebcee2bc6bb6d17b.jpg
BAKI, 6 yanvar — Sputnik. Hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə viruslarla bağlı danışarkən bildirib ki, dünyanın 29 ölkəsində koronavirusun yeni "XBB.1.5" alt növü aşkar edilib. O bildirib ki, COVID-19 ilə bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. ÜST başçısının sözlərinə görə, bu gün "BA.2 omikron"un ştammlarının rekombinantı” olan koronavirusun yeni "XBB.1.5" alt növü sürətlə yayılır. ÜST başçısı qeyd edib ki, "omikron XBB.1.5" ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30180/16/301801687_0:0:395:296_1920x0_80_0_0_f0fc85865ad466d1fb2be8087f4e4838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
h1n1 virusu, donuz qripi, azərbaycan, səhiyyə
h1n1 virusu, donuz qripi, azərbaycan, səhiyyə
Azərbaycanda donuz qripi aşkarlanmayıb - RƏSMİ
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.
BAKI, 6 yanvar — Sputnik. Hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə viruslarla bağlı danışarkən bildirib ki, dünyanın 29 ölkəsində koronavirusun yeni "XBB.1.5" alt növü aşkar edilib.
O bildirib ki, COVID-19 ilə bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. ÜST başçısının sözlərinə görə, bu gün "BA.2 omikron"un ştammlarının rekombinantı” olan koronavirusun yeni "XBB.1.5" alt növü sürətlə yayılır.
ÜST başçısı qeyd edib ki, "omikron XBB.1.5" ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.