Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir - "Global Firepower"

© AR Ministry of DefenceAzərbaycan xüsusi təyinatlıları, arxiv şəkli
Azərbaycan xüsusi təyinatlıları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Aviasiya, zirehli texnika, hərbi dəniz qüvvələrinin və sairin gücünün nəzərə alındığı reytinqdə qonşu Gürcüstan 85-ci, Ermənistan 94-cü yerdədir.
BAKI, 6 yanvar — Sputnik. "Global Firepower"in qlobal hərbi güc reytinqinə görə Azərbaycan 2023-cü ildə 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Qonşu Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir. Reytinqdə Rusiya 2-ci, Türkiyə 13-cü, İran 17-ci yerdə qərarlaşıb.
Reytinq tərtib edilərkən konkret ölkənin göstəricisini müəyyən etmək üçün 60 amil nəzərə alınır.
Aviasiya, zirehli texnika, hərbi dəniz qüvvələrinin və sairin gücü, kəmiyyət göstəriciləri, həmçinin, dövlətin təbii ehtiyatlarının mövcudluğu, əmək, nəqliyyat və logistika imkanları nəzərə alınır. Reytinqdə ölkənin hərbi büdcəsinin həcmi, xarici borcları, valyuta ehtiyatları və alıcılıq qabiliyyəti mühüm rol oynayır.
Qeyd edək ki, ötən il bu reytinqdə Azərbaycan 63-cü, Gürcüstan 88-ci, Ermənistan 97-ci yerdə qərarlaşmışdı.
Xəbər lenti
0