https://sputnik.az/20230105/terterde-menseyi-melum-olmayan-qus-eti-satisinin-qarsisi-alinib-450365781.html
Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb
Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb
Sputnik Azərbaycan
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T17:23+0400
2023-01-05T17:23+0400
2023-01-05T17:24+0400
quş əti
cəmiyyət
aqta
tərtər
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664148_0:160:3073:1888_1920x0_80_0_0_bff38685cbe0a40284b9a1c96a8e959d.jpg
BAKI, 5 yanvar — Sputnik. Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildiriblər ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən "Tərtər Ticarət Mərkəzi" MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, "Gelly" markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub. Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664148_170:0:2901:2048_1920x0_80_0_0_7aab573d334730d63c18bd908010bc4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quş əti, aqta, tərtər
Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb
17:23 05.01.2023 (Yenilənib: 17:24 05.01.2023) Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub
BAKI, 5 yanvar — Sputnik. Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildiriblər ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən "Tərtər Ticarət Mərkəzi" MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, "Gelly" markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub. Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.