https://sputnik.az/20230105/srailin-mudafie-naziri-pentaqonla-ranin-regionda-yaratdigi-tehlukeni-muzakire-edib-450341722.html
İsrailin müdafiə naziri Pentaqonla İranın regionda yaratdığı təhlükəni müzakirə edib
İsrailin müdafiə naziri Pentaqonla İranın regionda yaratdığı təhlükəni müzakirə edib
Sputnik Azərbaycan
İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T08:44+0400
2023-01-05T08:44+0400
2023-01-05T08:44+0400
dünya xəbərləri
israil
iran
abş
pentaqon
https://cdnn1.img.sputnik.az/img/41482/64/414826450_0:30:2048:1182_1920x0_80_0_0_f29f99a89b65be5ab72c071651d43a0b.jpg
BAKI, 5 yanvar - Sputnik. İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışı zamanı bir sıra məsələlərlə yanaşı İranın təhdidlərini də müzakirə edib. Qallant özü bildirib ki, Ostinlə İsraillə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. ABŞ administrasiyasına və Pentaqonun rəhbərinə İsrailin təhlükəsizliyinə sadiqliklərinə görə təşəkkürünü bildirib. "Mən həmçinin İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli təhlükəsindən başlayaraq ən yüksək strateji prioritetlərimizin qiymətləndirilməsini bölüşdüm. Regional və qlobal çağırışlarla üzləşməyə hazırlaşarkən əməkdaşlığımız həmişəkindən daha güclü olmalıdır", - deyə Qallant özünün Twitter hesabında yazıb. İsraildə 2022-ci il dekabrın sonunda Benyamin Netanyahunun başçılıq etdiyi hökumət parlament qarşısında and içib.İran isə dəfələrlə İsraili dünya xəritəsindən silməklə hədələyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41482/64/414826450_216:0:1832:1212_1920x0_80_0_0_14ea9b9dc85aebdcfa105f63db3e08b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, iran, abş, pentaqon
israil, iran, abş, pentaqon
İsrailin müdafiə naziri Pentaqonla İranın regionda yaratdığı təhlükəni müzakirə edib
İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli təhlükəsindən tutmuş strateji prioritetlərə qədər hər şeyi müzakirə edib.
BAKI, 5 yanvar - Sputnik. İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qallant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışı zamanı bir sıra məsələlərlə yanaşı İranın təhdidlərini də müzakirə edib.
Qallant özü bildirib ki, Ostinlə İsraillə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. ABŞ administrasiyasına və Pentaqonun rəhbərinə İsrailin təhlükəsizliyinə sadiqliklərinə görə təşəkkürünü bildirib.
"Mən həmçinin İranın nüvə ambisiyalarını və regional təcavüzünü ehtiva edən çoxşaxəli təhlükəsindən başlayaraq ən yüksək strateji prioritetlərimizin qiymətləndirilməsini bölüşdüm. Regional və qlobal çağırışlarla üzləşməyə hazırlaşarkən əməkdaşlığımız həmişəkindən daha güclü olmalıdır", - deyə Qallant özünün Twitter hesabında yazıb.
İsraildə 2022-ci il dekabrın sonunda Benyamin Netanyahunun başçılıq etdiyi hökumət parlament qarşısında and içib.
İran isə dəfələrlə İsraili dünya xəritəsindən silməklə hədələyib.