DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT ölkələri Ukrayna böhranının düzgün həlli üçün şərait yaratmağa hazırdırlar

© AR Ministry of EconomyŞƏT-in 1-ci İqtisadi Forumu
ŞƏT-in 1-ci İqtisadi Forumu - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Çjan Min bildirib ki, ŞƏT-ə üzv dövlətlər ortaq dəyərlərə əsaslanaraq bir araya gəlir və bir çox vacib beynəlxalq və regional məsələlərdə eyni və ya yaxın mövqeləri bölüşürlər.
BAKI, 5 yanvar — Sputnik. Şanxay əməkdaşlıq Təşkilatının ölkələri Ukrayna böhranının düzgün həlli üçün əlverişli şərait yaratmağa hazırdırlar. Onlar Ukraynadakı humanitar böhranın aradan qaldırılması üçün öz səylərini davam etdirirlər.
ŞƏT baş katibi Çjan Min "RİA Novosti"yə verdiyi müsahibəsində bunu söyləyib.
Çjan Min, "ŞƏT-ə üzv dövlətlər ortaq dəyərlərə əsaslanaraq bir araya gəlir və bir çox vacib beynəlxalq və regional məsələlərdə eyni və ya yaxın mövqeləri bölüşürlər" deyə bildirib.
O vurğulayıb ki,"Ukrayna münaqişəsi başlayandan sonra ŞƏT ona çox diqqət yetirib və müvafiq ölkələri dəstəkləyib ki, onlar regionda ümumi vəziyyətə diqqət yetirərək, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işlərini davam etdirsinlər, ümumi maraqların axtarışı istiqamətində bir-birlərinə doğru irəliləsinlər, sülhə nail olsunlar və münaqişəni dinc, siyasi və diplomatik vasitələrlə həll etsinlər".
"Biz ona diqqət yetirdik ki, ŞƏT-in bir çox üzv dövlətləri müvafiq ölkələr arasında təmasların möhkəmləndirilməsi, problemin düzgün həlli üçün əlverişli şərait yaratmağa hazırdırlar. Onlar, həmçinin, Ukraynadakı humanitar böhranın aradan qaldırılması üçün öz səylərini göstərməyə davam edirlər", - deyə təşkilatın baş katibi bildirib.
ŞƏT - Sputnik Azərbaycan, 1920, 05.01.2023
DÜNYA XƏBƏRLƏRİ
ŞƏT-in təhlükəsizlik konsepsiyası ölkələrin rahat yanaşı yaşamasında mühüm amilə çevrilib
Xəbər lenti
0