CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərbi Azərbaycandan deportasiya olunanların siyahıya alınmasına başlanılıb

© AFP 2024 / BRENDAN SMIALOWSKISənədin imzalanması
Sənədin imzalanması - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir
BAKI, 5 yanvar — Sputnik. "Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi ən sonuncu - 1988-1991-ci illərdə çıxarılanlar üzərindən aparılır".
Bu barədə Qərbi Azərbaycan icmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.
Xronologiya baxımından ən sonuncu deportasiya (1988 - 1991-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. İşimizin daha sürətli getməsi üçün bu zaman kəsimindən başlamışdıq. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir.
Mətbuat katibi bildirib ki, yanaşı olaraq digər deportasiyalar (1905,1918-1920,1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan Azərbaycanlılar da qeydiyyata alınır, lakin hələ 1988-1991-ci illərə fokuslanılıb. Bu proses yekunlaşandan sonra tam şəkildə digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı aparılacaq.
Xəbər lenti
0