Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Publik hüquqi şəxslər üçün vahid indekslərin siyahısı genişləndirilib

© Joe Raedle / Getty Images / AFPimza
imza - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Aqrar Sığorta Fondu, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti siyahıya əlavə olunub
BAKI, 5 yanvar — Sputnik. Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Aqrar Sığorta Fondu, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti siyahıya əlavə olunub.
Xəbər lenti
0