https://sputnik.az/20230105/ozunu-dtx-emekdasi-kimi-qeleme-veren-sexsin-insanlardan-pul-aldigi-iddia-edilir-450349679.html
Özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir
Özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir
Sputnik Azərbaycan
İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T14:10+0400
2023-01-05T14:10+0400
2023-01-05T14:10+0400
dtx
cəmiyyət
sorğu
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 5 yanvar — Sputnik. Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir. İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir. DTX əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər. Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər). Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar: "Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx, sorğu
Özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir
İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir
BAKI, 5 yanvar — Sputnik. Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.
İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir.
DTX əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.
Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).
Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:
"Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".