https://sputnik.az/20230105/konstitusiya-mehkemesinin-hakimi-vefat-edib-450347519.html
Konstitusiya Məhkəməsinin hakimi vəfat edib
Konstitusiya Məhkəməsinin hakimi vəfat edib
Sputnik Azərbaycan
BAKI, 5 yanvar - Sputnik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib. 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T11:39+0400
2023-01-05T11:39+0400
2023-01-05T11:42+0400
cəmiyyət
vəfat
konstitusiya məhkəməsi
hakim
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427009241_0:0:3640:2048_1920x0_80_0_0_efc90c9deab69df2c258e07715a96202.jpg
BAKI, 5 yanvar - Sputnik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.“Report”un xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumatı “Report”a təsdiqləyib.Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427009241_729:0:3460:2048_1920x0_80_0_0_f76fb29fcc3f3da9bef42f4609e362e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vəfat, konstitusiya məhkəməsi, hakim
vəfat, konstitusiya məhkəməsi, hakim
BAKI, 5 yanvar - Sputnik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
“Report”un xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumatı “Report”a təsdiqləyib.
Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.
16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.