CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havaların isti keçməsinin çaylardakı sululuğa təsiri açıqlanıb

© Sputnik / Emin AlisahibQarqar çayın sel suları gəlib
Qarqar çayın sel suları gəlib - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Ölkənin yerli çaylarında isə sululuğun ötən illərdə olduğu kimi norma ilə müqayisədə az olmasına baxmayaraq ayrı-ayrı çaylarda havanın temperaturunun yüksək olması ilə bağlı olaraq qarın əriməsi nəticəsində sululuq normaya yaxın və bəzi çaylarda isə normadan yüksək olub
BAKI, 5 yanvar — Sputnik. Ötən ilin dekabr ayı ərzində və bu il yanvarın əvvəllərində Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında havanın temperaturunun ayrı-ayrı günlərdə normadan yüksək olması nəticəsində çay hövzələrinə düşən yağıntı axımın əmələ gəlməsində iştirak edib və qar örtüyü əsasən yüksək dağlıq ərazilərdə formalaşıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.
O bildirib ki, Gürcüstan ərazisində də oxşar hidrometeoroloji şəraitin olması ilə bağlı ölkə ərazisinə daxil olanda Kür çayının sululuğu hal-hazırda saniyədə 165 kubmetrdir. Bu göstərici keçən il ilə müqayisədə 17%-dən çoxdur. Qanıx çayında isə sululuq nörma ilə müqayisədə çox aşağıdır. Hal-hazırda su sərfi 26,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 37 %-ni təşkil edir. Çayda suyun az olması həm də Gürcüstan ərazisində son illərdə çayın suyundan daha yüksək miqdarda istidadə ilə bağlıdır. Ölkənin yerli çaylarında isə sululuğun ötən illərdə olduğu kimi norma ilə müqayisədə az olmasına baxmayaraq ayrı-ayrı çaylarda havanın temperaturunun yüksək olması ilə bağlı olaraq qarın əriməsi nəticəsində sululuq normaya yaxın və bəzi çaylarda (Balakənçay, Kürmükçay, Zəyəmçay və s.) isə normadan yüksək olub.
Rafiq Verdiyev APA-ya açıqlamasında həmçinin əlavə edib ki, hazırda qonşu Türkiyə ərazisində Kür və Araz çaylarının hövzəsində qar örtüyünün hündürlüyü 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azdır. Eyni zamanda ölkəmizin ərazisində də qarın yalnız yüksək dağlıq ərazilərdə olması hal-hazırda çay hövzələrində qar-su ehtiyatlarının az olduğunu göstərir:
"Nəzərə alsaq ki, respublika çaylarının gursululuq axımı əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklik zonasında formalaşan qar su ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır belə qənaətə gəlmək olar ki, əgər qarşıdakı qış aylarında qar az yağarsa, bu il də çaylarda gözlənilən sululuq normadan aşağı ola bilər. Təlimata uyğun olaraq yaz-yay (aprel, may, iyun) gursululuq dövrünün axım proqnozunu tərtib etmək üçün məhz qışın sonunda xüsusi ekspedisiyalar təşkil olunaraq çay hövzələrində marşrutlar üzrə qarölçmə işləri aparılır. Bu məlumatlara və yaz dövründə gözlənilən hava şəraitinə dair proqnoza əsasən mart ayında gursululuq dövründə çaylarda gözlənilən axma müəyyən ediləcək".
Xəbər lenti
0