https://sputnik.az/20230105/britaniyanin-hava-xidmeti-2022-ci-ili-tarixin-en-isti-ili-adlandirib-450366581.html
Britaniyanın hava xidməti 2022-ci ili tarixin ən isti ili adlandırıb
Britaniyanın hava xidməti 2022-ci ili tarixin ən isti ili adlandırıb
Sputnik Azərbaycan
Bu ilin iyun və iyul aylarında Böyük Britaniya və bir çox digər Avropa ölkələrində anomal isti hava müşahidə olunub. İyulun 19-da Böyük Britaniyada temperatur... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T23:55+0400
2023-01-05T23:55+0400
2023-01-05T23:55+0400
britaniya
dünya xəbərləri
hava
isti
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449531038_0:0:3071:1728_1920x0_80_0_0_96518eafda51d523cd317b499ea85bee.jpg
BAKI, 5 yanvar — Sputnik. 2022-ci il Böyük Britaniyada ilk dəfə olaraq orta illik temperaturun 10 dərəcə Selsidən çox olduğu rekordların ən isti ili kimi təsvir edilib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidmətinin cümə axşamı dərc etdiyi araşdırmada deyilir. Bildirilir ki, əgər antropogen amilin iqlimə təsir faktoru aradan qaldırılsa, belə isti illər 500 ildən çox olmayaraq, indiki iqlim şəraitində üç-dörd ildən bir baş verə bilər. Meteoroloji xidmət qeyd edib ki, ən isti 10 il 1884-cü ildən, Böyük Britaniyada orta illik temperaturun izlənməyə başladığı 2003-2022-ci illər arasında olub. Bu ilin iyun və iyul aylarında Böyük Britaniya və bir çox digər Avropa ölkələrində anomal isti hava müşahidə olunub. İyulun 19-da Böyük Britaniyada temperatur üç dəfə bütün zamanların ən yüksək həddinə çatıb. Kembricdə 2019-cu ildə qoyulmuş 38,7 dərəcə ilə əvvəlki rekord 1,6 dərəcə yeniləndi. Əvvəlcə Çarlvud kəndində (Surrey, Cənub-Şərqi İngiltərə) temperatur 39,1 dərəcəyə çatdı, sonra London Hitrou hava limanında hava 40,2 dərəcəyə qədər isindi və bir qədər sonra Koninqsbidə (Linkolnşir) yüksək temperaturun olduğu açıqlandı.
https://sputnik.az/20230105/hava-seraiti-deyisecek---qar-yagacaq-450351806.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449531038_0:0:2731:2048_1920x0_80_0_0_892408a486b237a157dee6514951f7fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
britaniya, hava, isti
Britaniyanın hava xidməti 2022-ci ili tarixin ən isti ili adlandırıb
Bu ilin iyun və iyul aylarında Böyük Britaniya və bir çox digər Avropa ölkələrində anomal isti hava müşahidə olunub. İyulun 19-da Böyük Britaniyada temperatur üç dəfə bütün zamanların ən yüksək həddinə çatıb
BAKI, 5 yanvar — Sputnik. 2022-ci il Böyük Britaniyada ilk dəfə olaraq orta illik temperaturun 10 dərəcə Selsidən çox olduğu rekordların ən isti ili kimi təsvir edilib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidmətinin cümə axşamı dərc etdiyi araşdırmada deyilir.
Bildirilir ki, əgər antropogen amilin iqlimə təsir faktoru aradan qaldırılsa, belə isti illər 500 ildən çox olmayaraq, indiki iqlim şəraitində üç-dörd ildən bir baş verə bilər. Meteoroloji xidmət qeyd edib ki, ən isti 10 il 1884-cü ildən, Böyük Britaniyada orta illik temperaturun izlənməyə başladığı 2003-2022-ci illər arasında olub.
Bu ilin iyun və iyul aylarında Böyük Britaniya və bir çox digər Avropa ölkələrində anomal isti hava müşahidə olunub. İyulun 19-da Böyük Britaniyada temperatur üç dəfə bütün zamanların ən yüksək həddinə çatıb. Kembricdə 2019-cu ildə qoyulmuş 38,7 dərəcə ilə əvvəlki rekord 1,6 dərəcə yeniləndi. Əvvəlcə Çarlvud kəndində (Surrey, Cənub-Şərqi İngiltərə) temperatur 39,1 dərəcəyə çatdı, sonra London Hitrou hava limanında hava 40,2 dərəcəyə qədər isindi və bir qədər sonra Koninqsbidə (Linkolnşir) yüksək temperaturun olduğu açıqlandı.