https://sputnik.az/20230105/bir-beyanatin-izi-ile---pasinyan-ne-isteyir-450349370.html
Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir?
Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir?
Sputnik Azərbaycan
Millət vəkilinin sözlərinə görə, Paşinyanın bu açıqlaması həm də Rusiya sülhməramlı missiyasına bir eyhamdır ki, guya onlar öhdəliklərini yerinə yetirə... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T16:22+0400
2023-01-05T16:22+0400
2023-01-05T16:22+0400
nikol paşinyan
siyasət
laçın
dəhliz
arzu nağıyev
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435911_0:0:3072:1728_1920x0_80_0_0_0763fb85f6714933cb3bb6152c97d9e2.jpg
BAKI, 5 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında beynəlxalq ictimaiyyəti Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə çağırıb. Sputnik Azərbaycan Paşinyanın bu fikirlərinə millət vəkili Arzu Nağıyevin münasibətini öyrənib. Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan yenə hadisələrlə manipulyasiya etməyə çalışır: "Prezident İlham Əliyev bildirdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Azərbaycan üçün "Laçın dəhlizi" məfhumu yoxdur. Bu, Azərbaycanın ərazisidir. Əvvəllər mövcud olmuş dəhlizə alternativ yol çəkilib və ermənilər də bu yoldan istifadə edirlər. Son 25 gündür ki, Azərbaycan eko-fəalları bu yolda aksiya keçirirlər. Eko-fəalların aksiyası bu yol vasitəsilə sülhməramlıların nəzarətində olan əraziyə silah daşınmasına, qanunsuz fəaliyyətin icra olunmasına mane olub. İndi separatçılar mövcud vəziyyətdən narahat olublar. Çünki sülh danışıqlarının getdiyi bir vaxtda revanşist qüvvələr həmin ərazilərdə yenidən silahlanmaya, bununla da iğtişaşlar törətməyə hazırlaşırdılar. Nəticə olaraq eko-fəalların Laçın yolunda keçirdiyi aksiya separatçılara və Ermənistan hökumətinə ciddi zərbə vurub". Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi həmin ərazilərdə ekoloji monitorinqlərin aparılmasında israrlıdır: "Ermənilər hansısa beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar, guya ki, onların bu ərazilərdə hər hansı xüsusi statusu var. Beynəlxalq qurumların bu ərazilərə gəlməsi ancaq Azərbaycanla razılaşdırılmalıdır. Burada aparılacaq hər hansı fakt araşdırıcı missiyada və monitorinqdə Azərbaycanın müvafiq qurumları iştirak etməlidir. Burada Azərbaycanın icazəsi olmadan hansısa missiya fəaliyyət göstərə bilməz". Arzu Nağıyev vurğulayıb ki, Paşinyanın bu açıqlaması həm də Rusiya sülhməramlı missiyasına bir eyhamdır ki, guya onlar öhdəliklərini yerinə yetirə bilmirlər: "Bütün bunlar mövcud vəziyyəti daha da gərginləşdirmək üçün Ermənistan tərəfindən atılan addımlardır, Ermənistan sülh danışıqlarından yayınmaq, bölgəyə beynəlxalq missiya adı altında Fransanı cəlb etmək üçün dəridən-qabıqdan çıxır. Bu gün eko-fəalların keçirdiyi aksiya Azərbaycanın etnik erməni vətəndaşlarının həyatına çətinliklər yaratmır. Ermənistan BMT Təhlükəsizlik Şurasında Fransanın dəstəyi ilə Azərbaycana qarşı qətnamə qəbul etməyə çalışsa da, buna nail ola bilmədi. İndi isə Paşinyan müxtəlif manevrlər etməklə mövcud situasiyada öz siyasi maraqlarını təmin etməyə çalışır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435911_171:0:2902:2048_1920x0_80_0_0_24865c380e3f55d236faab3597440dbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, laçın, dəhliz, arzu nağıyev, ermənistan, azərbaycan
nikol paşinyan, laçın, dəhliz, arzu nağıyev, ermənistan, azərbaycan
Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir?
Millət vəkilinin sözlərinə görə, Paşinyanın bu açıqlaması həm də Rusiya sülhməramlı missiyasına bir eyhamdır ki, guya onlar öhdəliklərini yerinə yetirə bilmirlər.
BAKI, 5 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında beynəlxalq ictimaiyyəti Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə çağırıb.
Sputnik Azərbaycan Paşinyanın bu fikirlərinə millət vəkili Arzu Nağıyevin münasibətini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan yenə hadisələrlə manipulyasiya etməyə çalışır: "Prezident İlham Əliyev bildirdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Azərbaycan üçün "Laçın dəhlizi" məfhumu yoxdur. Bu, Azərbaycanın ərazisidir. Əvvəllər mövcud olmuş dəhlizə alternativ yol çəkilib və ermənilər də bu yoldan istifadə edirlər. Son 25 gündür ki, Azərbaycan eko-fəalları bu yolda aksiya keçirirlər. Eko-fəalların aksiyası bu yol vasitəsilə sülhməramlıların nəzarətində olan əraziyə silah daşınmasına, qanunsuz fəaliyyətin icra olunmasına mane olub. İndi separatçılar mövcud vəziyyətdən narahat olublar. Çünki sülh danışıqlarının getdiyi bir vaxtda revanşist qüvvələr həmin ərazilərdə yenidən silahlanmaya, bununla da iğtişaşlar törətməyə hazırlaşırdılar. Nəticə olaraq eko-fəalların Laçın yolunda keçirdiyi aksiya separatçılara və Ermənistan hökumətinə ciddi zərbə vurub".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi həmin ərazilərdə ekoloji monitorinqlərin aparılmasında israrlıdır: "Ermənilər hansısa beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar, guya ki, onların bu ərazilərdə hər hansı xüsusi statusu var. Beynəlxalq qurumların bu ərazilərə gəlməsi ancaq Azərbaycanla razılaşdırılmalıdır. Burada aparılacaq hər hansı fakt araşdırıcı missiyada və monitorinqdə Azərbaycanın müvafiq qurumları iştirak etməlidir. Burada Azərbaycanın icazəsi olmadan hansısa missiya fəaliyyət göstərə bilməz".
Arzu Nağıyev vurğulayıb ki, Paşinyanın bu açıqlaması həm də Rusiya sülhməramlı missiyasına bir eyhamdır ki, guya onlar öhdəliklərini yerinə yetirə bilmirlər: "Bütün bunlar mövcud vəziyyəti daha da gərginləşdirmək üçün Ermənistan tərəfindən atılan addımlardır, Ermənistan sülh danışıqlarından yayınmaq, bölgəyə beynəlxalq missiya adı altında Fransanı cəlb etmək üçün dəridən-qabıqdan çıxır. Bu gün eko-fəalların keçirdiyi aksiya Azərbaycanın etnik erməni vətəndaşlarının həyatına çətinliklər yaratmır. Ermənistan BMT Təhlükəsizlik Şurasında Fransanın dəstəyi ilə Azərbaycana qarşı qətnamə qəbul etməyə çalışsa da, buna nail ola bilmədi. İndi isə Paşinyan müxtəlif manevrlər etməklə mövcud situasiyada öz siyasi maraqlarını təmin etməyə çalışır".