Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb - YENİLƏNİB

© AFP 2023 / YE AUNG THUmeyit
meyit - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
BAKI, 5 yanvar — Sputnik. Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.
FHN-dən verilən xəbərə görə, bu gün səhər saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Газовая форсунка. Архивное фото - Sputnik Azərbaycan, 1920, 05.01.2023
HADİSƏ
Ağstafada üç bacı dəm qazından zəhərlənib
Xəbər lenti
0