Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda 2023-cü il üçün bayram təqvimi

Abunə olmaq
Azərbaycan vətəndaşlarının il ərzində hansı günlərdə işinə fasilə verə biləcəyi barədə - Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2023-cü il üçün istehsalat təqvimini təsdiq edib.
Bu il Azərbaycanda aşağıdakı günlər qeyri-iş günü hesab olunacaq:
1, 2 yanvar - Yeni il şənliyi;
20 Yanvar - Ümumxalq Hüzn Günü;
8 Mart - Beynəlxalq Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart - Novruz bayramı;
21, 22 aprel - Ramazan bayramı;
9 May - Faşizm üzərində Qələbə Günü;
28 may - Azərbaycanın Müstəqillik Günü;
15 iyun - Milli Qurtuluş Günü;
26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü;
28, 29 iyul - Qurban bayramı;
8 noyabr - Qələbə günü;
9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü;
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Qeyri-iş günü olan bayram günlərində istirahət günlərinin düşməsi nəzərə alınmaqla, beşgünlük iş həftəsi ilə 3, 4 yanvar, 24 aprel, 29 may, altı günlük iş həftəsi ilə 3 yanvar, 29 may istirahət günləri hesab edilir.
Qurumdan qeyd ediblər ki, 2023-cü ildə 240 iş günü, 109 qeyri-iş günü, 19 bayram, lakin iş günü və bir Ümumxalq Hüzn Günü var.
Xəbər lenti
0